Sosial mediadan kadr
Bakıda LGBTQ+ fərdlərinə qarşı nifrət nitqi ilə çıxış edən sakinin videosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Bakı şəhərində harada özünü “qadın” kimi aparan oğlan görsəm, başını baltayla kəsəcəyəm. Özüm də balta ilə gəzirəm, hazırda metrodayam”, - sözügedən şəxs bu sözləri telefonunun kamerasına çəkərək söyləyib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırma işləri gedir.
Xatırladaq ki, bu il fevralın 22-də LGBTQ+ fərdi, bloqer Əvəz Hafizli qohumu Əmrulla Güləliyev tərəfindən boğazı kəsilərək öldürülüb. O, ölümündən öncə LGBTQ+ fərdlərinə qarşı nifrət nitqi ilə çıxış edən bloqer Sevinc Hüseynovaya etiraz olaraq, həmçinin dəfələrlə qohumları tərəfindən təhdid altında olduğunu bildirərək aksiyalar keçirmişdi.
Hazirda Əvəz Hafizlinin məkəmə işi davam edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azərtac
Açıq mənbələrdən götürülüb