Sosial

Əmək müqaviləsinin forması dəyişdirilir

27 İyun, 2020
641
Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək müqaviləsinin forması ilə bağlı da Məcəllədə təkmilləşdirmənin aparılması nəzərdə tutulub.

Nazirlikdən "Report"a bildirilib ki, Məcəlləyə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunmaqla, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılmalıdır.

Lakin işçinin əmək müqaviləsinin bir nüsxəsini alması faktını müəyyən edən qayda nəzərdə tutulmayıb. Həmçinin əmək müqaviləsinin həcmi böyük olduğu üçün bu müqavilə bir vərəqdə yerləşmir və bir neçə səhifədən ibarət olur. İşəgötürən və işçi əmək müqaviləsinin yalnız sonuncu səhifəsini imzalayırlar.

Belə olan halda, təcrübədə müqavilənin bir nüsxəsinin işçiyə verilmədiyi zaman işəgötürən tərəfindən bundan sui-istifadə edilməklə müqavilənin əvvəlki səhifələrində dəyişiklik (məsələn, müqavilənin müddəti ilə bağlı) edilə bilməsinə şərait yaranır.

Belə sui-istifadə hallarına imkan yaranmaması üçün layihədə Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Yəni həmin hissədə əmək müqaviləsinin iki nüsxədən az olmayaraq tərtib olunması, işçi və işəgötürən tərəfindən müqavilənin sonunci deyil, bütün səhifələrinin imzalanması, son səhifənin işəgötürənin möhürü (möhür olmadıqda imzası, VÖEN-i qeyd edilməklə) ilə təsdiqlənməsi, müqavilənin bir nüsxəsinin işçidə, digər nüsxəsinin işəgötürəndə saxlanılması, işçinin əmək müqaviləsinin nüsxəsini aldığını işəgötürəndə saxlanılan nüsxədə bu barədə müvafiq qeydi imzalaması ilə təsdiq etməli olduğunun qeyd edilməsi təklif olunur.
Sosial

 

Koronavirus statistikası: Azərbaycan

1 Avqust 2021

Sosial Media

Azərbaycanda koronavirus (“COVID-19”) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə,4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib. 6 365 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 400, bu günə qədər isə ümumilikdə 4 043 740 test icra olunub. Azərbaycanda son sutkada koronavirus əleyhinə 68 416 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 346, ikinci...
Sosial

Son sutkada peyvənd olunanların sayı

30 İyul 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 87 286 vaksin vurulub. Bu barədə iyulun 30-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50 103, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 183 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 885 572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 827 855, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 057 717 təşkil edir.
Seçilmiş Videolar