Sosial

Emil Səlimov: “Kiçik də olsa, bir ipucu yoxdur ki, barəmdə saxta ittiham quraşdırılsın”

13 Yanvar, 2021
Baxış: 84
Emil Səlimov
FOTO: Meydan TV 
 
"Baş Prokurorluqda mənə təzyiq olmadı, ancaq elə bir münasibət varıydı ki, sanki mən cinayət törətmişəm, onların da əlində  məni günahkar çıxaracaq sübutlar var. Mən rahat idim və onlara bildirdim ki, şübhə varsa, evimdə axtarış edə bilərlər”.
 
AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov Baş Prokurorluğun İstintaq İdarəsində dindirilməsi və ardınca da evində axtarış aparılmasıyla bağlı "Toplum TV”-yə  açıqlamasında belə deyib.
 
"Məni  AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun işi üzrə, şahid qismində çağrmışdılar. 4 saat dindirdilər, dedilər ki, Niyaməddin Əhmədov bir ifadə verib və ehtimal var ki, sizin evdə ifadədə adı keçən qanunsuz əşya var. Mən evimdə axtarış aparılmasına icazə verdim və dedim ki, axtardığınızı tapsanız, götürə bilərsiniz. Nəticədə iki müstəntiq  hal şahidi qismində iki qonşunun yanında axtarış etdi, ancaq heç nə tapa bilmədilər”.
 
E.Səlimov deyir ki, axtarış bitdikdən sonra ona telefonunu açıq saxlamağı tapşırıblar.
 
AXCP fəalı gələcəkdə həbs təhlükəsinin olacağını istisna etmir:
"Nəzərə alsaq ki, iqtidar rəqiblərini özünə təhlükə hesab edir, o zaman mənim də gələcəkdə təzyiqlə üzləşə bilməyim gözləniləndir. Amma bu ola da bilər olmaya da bilər. İndiki halda istintaqa çağrılmağımı həbsə çağırış hesab etmirəm. Kiçik də olsa, bir ipucu yoxdur ki, barəmdə saxta ittiham quraşdırılsın”.
Ayaz Məhərrəmli 
FOTO: Toplum TV 
 
AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli isə "Toplum TV”-yə açıqlamasında qeyd edib ki, E.Səlimovu da Niyaməddin Əhmədova açılmış cinayət işinə daxil etməkdir: "Məqsəd budur. Amma axtarış nəticəsində hansısa qanunsuz əşya tapılmayıb. Çox güman ki, buna cəhd edirlər. Hətta bildiriblər ki, biz yenə gələcəyik".
 
N.Əhmədov ötən ilin aprel ayında həbs olunub. Ona öncə karantin rejimi qaydalarını pozma ittihamıyla 1 ay inzibati həbs cəzası verilib. Bu cəza başa çatanda isə barəsində cinayət işi başlanıb, ona qarşı terroru maliyyələşdirmə ittihamı irəli sürülüb. İddia olunur ki, Almaniyada siyasi mühacir kimi oturum almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini, o cümlədən prezident və ailəsini tənqid, bir sıra hallarda isə təhqir edən Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyib və bu məqsədlə N.Əhmədova pul göndərib.
 
N.Əhmədov ittihamı rədd edir, Ə.Kərimlinin mühafizəçisi olduğuna görə həbs edildiyini deyir. Q.Məmmədovla eyni kənddə vaxtilə qonşu olduğunu deyən N.Əhmədovun sözlərinə görə, saxta ittiham üçün bu məqamdan istifadə olunub.
 
Əbdülsəməd Əzizli
FOTO: Axar.az 
 
Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Əbdülsəməd Əzizli isə deyir ki, Emil Səlimovun Prokurorluğa çağırılması ilə bağlı onlara məlumat daxil olmayıb: "Biz də saytlardan oxuduq ki, ifadəsini alıb buraxıblar, qeyri-adi bir şey yoxdur. Bununla bağlı mətbuat xidmətinə məlumat daxil olmayıb, rəsmi münasibət olduqda bildiriləcək".
 
A.Məhərrəmli isə qeyd edir ki, partiya funksionerinin prokurorluğa çağırılması və bununla bağlı ictimaiyyətə məlumat verilməməsi faktı gələcək repressiyaların anonsu ola bilər.
 
Elməddin Şamilzadə
Roza Məmmədova
Sosial

Laçın dağlarında qulluq edən hərbçilər maaşlarının azaldılmasına etiraz edirlər

Roza Məmmədova
22 Yanvar 2021
"Cənab Ali Baş komandan, ordunun zabit, gizir, MAXE-ləri adından sizdən xahişim var. Laçında qulluq etdiyimiz halda, maaşlarımız tək qata salınıb. Bu şəraitdə bir qat maaşla xidmət etmək düzgün deyil”. Özünü təqdim etməyən hərbçinin sosial şəbəkədə yayılmış videomüraciətində belə deyilir. 2020-ci il dekabrın 24-də prezident hərbi xərclərin artırılması təşəbbüsü ilə çıxış etmişdi: "Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaq". 2021-ci ilin dövlət...
Sosial

Koronavirus statistikası: Azərbaycan

22 Yanvar 2021
Azərbaycanda son sutkada koronavirusa 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb. Bu barədə yanvarın 22-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 11 nəfər isə koronavirusdan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3064 nəfər vəfat edib. Hazırda 6 443 aktiv xəstə var. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, bu günə qədər isə ümumilikdə 2 347 951 test icra olunub.
Seçilmiş Videolar