Sosial
Ərdoğan koronavirusa qarşı peyvənd olundu
15 Yanvar, 2021
114
Rəcəb Tayyib Ərdoğan 
FOTO: Telegram

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa qarşı peyvənd olunub.

Bu barədə yanvarın 14-də dövlət başçısının rəsmi "Telegram" kanalında açıqlama verilib.

Ərdoğana Ankara Şəhər Xəstəxanasında Çin istehsalı olan "Sinovac" vaksininin vurulduğu bildirilir.

Peyvənd olunandan sonra jurnalistlərin suallarını cavablandıran prezident deyib ki, yanvarın 14-də ölkə miqyasında axşam saatlarınadək 256 min nəfər vaksinasiya prosedurundan keçib.

Hazırda ölkədə Çin istehsalı olan vaksinlərdən istifadə edildiyini, daha 25-30 milyon dozada Çin peyvəndinin idxal olunacağını bildirən prezident onu əlavə edib ki, Türkiyə vaksin idxalı ilə bağlı Almaniya ilə də danışıqlar aparır.
Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar