Sosial

Ərzaq mağazasında "patı" satan şəxs tutuldu

25 Noyabr, 2021
60

Açıq mənbələrdən götürülüb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat keçirilib və nəticədə 4 nəfər saxlanılıb.

Bu barədə noyabrın 25-də Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumat verilib. 

Bildirilir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Altan Məhərrəmov saxlanılıb.

Həmin şəxsin icarəyə əsasında işlədiyi ərzaq mağazasına baxış keçirilən zaman oradan külli miqdarda psixotrop maddə olan metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunub.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Etibar Mirzəməmmədov və Bakı şəhər sakini Ənvər Aslanov saxlanılıblar. Həmin şəxslərin yaşadığı evə və üzərlərinə baxış keçirilən zaman bükülülərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə Sumqayıt şəhərində qeydiyyatda olmaqla Quba rayonunda kirayədə yaşayan Firudin Əliyev saxlanılıb. Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və marixuana aşkar edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Sosial

Son sutkada yoluxanların və peyvənd olunanların sayı açıqlandı

2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus infeksiyasına 1772 yeni yoluxma faktı qeydə alınıb, 2103 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 591 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 558 819 nəfər müalicə olunaraq sağalıb, 7905 nəfər vəfat edib, aktiv xəstə sayı 25 161 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 341, ötən müddət ərzində isə ümumilikdə 5 565 190 test aparılıb. Vaksinasiya Azərbaycanda son sutkada koronavirus  əleyhinə 37 057 vaksin vurulub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların...
Sosial

Gələn ilin qeyri-iş günləri açıqlandı

2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib. Bununla bağlı dekabrın 2-də Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib. Qərarda nəzərdə tutulan günlər iş günü hesab edilmir. Gələn il Novruz bayramı ilə əlaqədarisə  8 gün ardıcıl qeyri-iş günü olacaq. 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 26 və...
Seçilmiş Videolar