Toplum Tv
“Heyvanlara işgəncə ilə bağlı bizim qanunvericilikdə ciddi boşluqlar var”.
APA-nın xəbərinə görə, bunu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova deyib.
O, heyvanlar aləmi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə başlanıldığını bildirib:
“Bunun üçün beynəlxalq təcrübə öyrənilir. Bir çox ölkələrdə heyvanlara işgəncə verilməsinə görə ciddi cəzalar var. Belçikada 2 il, Ukraynada 3 ilə qədər, Almaniyada isə 3 il azadlıqdan məhrumetmə, Hollandiyada 20 min avroyadək pul cəriməsi tətbiq edilir. Qonşu Türkiyədə də ciddi qanunlar tətbiq edilir. Türkiyə qanunvericiliyinə əsasən, heyvanların döyüşdürülməsi ilə bağlı 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilir».
Qurum rəsmisi qeyd edir ki, bu yanaşma Azərbaycanda da tətbiq edilə bilər. «Çünki heyvanlara işgəncəli rəftara görə cərimə 500 manatdır. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin bu hissəsinin dəyişdirilməsi üçün yeni müddəaları layihə formasında hazırlamışıq. Sanksiyaların ciddi sərtləşdirilməsinə ehtiyac var. Gələn həftədən bu layihənin ictimai müzakirəsinə başlanılacaq”, - Aynurə Kərimova qeyd edib.
Nairlik təmsilçisi əlavə edib ki, heyvanlar üçün sığınacaqların yaradılması və idarə edilməsi üçün qanun layihəsi hazırlanmalıdır.
Şöbə müdiri xatırladıb ki, Azərbaycanda ev heyvanları ilə bağlı Nazirlər Kabinetinin qərarı var və bu qərara uyğun olaraq nəzarət tədbirləri həyata keçirən qurumlar mövcuddur.
Bakı gələn mövsüm “Formula 1” sprint yarışı keçirmək niyyətindədir
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”