Etirazçı tələbənin atasının polis bölməsinə aparıldığı deyilir
Sosial Media
Tələbə Güc Mərkəzinin sədri Əhməd Məmmədlinin atası Vüqar Məmmədli Cəlilabad rayon polis şöbəsinə çağrılıb.
Bu barədə Əhməd Məmmədli mayın 3-də "Toplum.TV"-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, hal-hazırda atası polis şöbəsində saxlanılır: "Atamdan mənim Bakı şəhəri Baş Polis İdarəsinə getməyim tələb edilir".
"Toplum TV" məsələ ilə əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyevlə əlaqə saxlayıb. DİN rəsmisi baş verən hadisə ilə bağlı məlumatının olmadığını bildirib.
Bu gün Əhməd Məmmədlinin təşkilatçılığı ilə bir qrup tələbə saat 16:00-da İqtisad Universitetinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.
Tələbə Güc Mərkəzinin təşkilatçılığı ilə İqtisad Universitetin rəhbərliyinə etiraz edən tələbələrin əsas tələbi semestr imtahanlarının keçirilməsi qaydalarında düzəliş edilməsi, tələbələrin tam şəkildə test sualları və cavabları ilə təmin edilməsi, etiraz etdikləri üçün töhmət alan tələbələrin töhmətlərinin silinməsi, təhdid edilən tələbələrdən üzr istənilməsi və tələbələrin imtahan nəticələrinin ədalətli qiymətləndirilməsi üçün apellyasiya komissiyalarının şəffaf fəaliyyət göstərməsidir.
Etirazçıların əsas şüarı isə "Tələbəyə Ədalət!"dir.
açıq mənbədən götürülüb
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”