Sosial

"Euronews" Azərbaycan yəhudiləri barədə reportaj hazırlayıb

27 Fevral, 2021
419

"Euronews" telekanalı Azərbaycanda yaşayan Dağ Yəhudiləri haqqında reportaj hazırlayıb.

Reportajda bu fikirlər yer alıb: 

"Azərbaycan çox sayda müxtəlif etnik qrupların vətəni olub. Belə qruplardan biri də yüz illər əvvəl İrandan Qafqaz dağlarına köç edən Yəhudi xalqının nəslindən olan Dağ Yəhudiləridir.

Krasnaya Sloboda (Qırmızı Qəsəbə - red.) Böyük Qafqazın şərq yamaclarında yerləşən Quba şəhərində bir Yəhudi qəsəbəsidir. Özünəməxsus memarlıq üslubu ilə digər Azərbaycan yaşayış məntəqələrindən seçilir. Orada yaşayan insanlar çoxəsrlik ənənələrini hörmət edir və onu qoruyur.

Dağ Yəhudiləri Muzeyi bu özünəməxsus icmanın ənənələrinə və mədəniyyətinə işıq tutaraq gələcək nəsillərə ötürülməsinin təhlükəsizliyini təmin etmək üçün keçən il açılıb.

İqor Şaulov muzeyin direktorudur. "Dağ Yəhudilərinin Tarixi Muzeyi dünyada yeganədir. Bu muzeydə sənədlər, daxili istifadə olunan əşyalar və artifaktlar saxlanılır. Bu muzey Dağ Yəhudilərinin tarixinə, mədəniyyətinə, keçmişinə və bu gününə həsr olunur. Bu Yəhudi və Azərbaycan xalqları arasında qarşılqlı əlaqəni və hörmətin yüksək dərəcədə olduğunun göstərir", muzey direktoru dedi.

Krasnaya Slobodanın İsrail və ABŞ xaricində üç min yarım əhalisi olan dünyanın yeganə Yəhudi şəhəri olduğuna inanılır.

İcmada iki aktiv sinaqoq və bir Yeşiva (məktəb) var ki, bu məktəbdə uşaqlar Tövrat oxuyur, İvrid dilini və dağ yəhudilərinin adətlərini öyrənir. Bu iki sinaqoqdan biri icmada "şeşkombara" adlanır ki, bu da Dağ Yəhudilərinin milli dili Yuhuri dilindədir.  Bunun mənası altıgümbəzli sinaqoq deməkdir. 

Naum Niftalıyev muzeydə bələdçidir. O bildirdi ki, "şeşkombara" 1888-ci ildə tikilib, lakin çox təəssüf ki, Sovet dövründə bura xalçatoxuma fabriki kimi istifadə olunub, çünki din qadağan edilmişdi. SSRİ dağıldıqdan sonra bu sinaqoq renovasiya edildi və yenidən sinaqoq kimi fəaliyyət göstərir".

1990-cı illər bir çox gənclər üçün çətin illər oldu. Əksəriyyət Sovet İttifaqı dağıldıqdan sonra iş axtarmaq üçün öz icmasını tərk etməyə məcbur qaldı.
Ancaq indi qismən Pravoslav Yəhudi təbliğ qrupları sayəsində gənclər yerli sinaqoqda dua edə bilir, Yeşivaya qeydiyyatdan keçir.

Azərbaycanda əsas din İslam olduğu halda, Yəhudilik və digər inanclara  da insanlar etiqad edir.

Yerli İslam Alimi Həmdulla Denyarov bizə dedi ki, uzun əsrlər boyu yəhudilər və müsəlmanlar Qubada birlikdə yaşayıblar: “Bütün dünyada belə bir qonşuluq əsas götürülərsə, çox yaxşı olardı" (APA).


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo