Əvəz Hafizlinin işi üzrə məhkəmə hakim məzuniyyətə çıxdığına görə keçirilməyib
Sosial Media
İyulun 4-ü Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum bloger Əvəz Hafizlinin işi üzrə ilk məhkəmə iclasının keçirilməsi planlaşdırılsa da, hakim Əli Məmmədovun məzuniyyətə çıxdığı bildirilib.
Məhkəmə binasının önündə toplaşan ictimai fəallardan biri Cavid Nəbiyevin sözlərinə görə, hakimin məzuniyyətə çıxmasıyla bağlı öncədən xəbər verilməməsi müəyyən şübhələrə əsas verir. İctimai fəallar düşünür ki, məhkəmə prosesi bilərəkdən yubadılır.
Fəallar binanın önündə “Nifrət qətli siyasidir”, “Ədalətli hökm istəyirik!” kimi şüarlar səsləndiriblər.
Əvəz Hafizli bu ilin fevralın 22-də qohumu Əmrulla Güləliyev tərəfindən boğazı kəsilərək öldürülüb. Bloger ölümündən əvvəl təhdid altında olduğu barədə dəfələrlə xəbərdarlıq etmişdi.
İlkin araşdırmalara görə, Əmrulla Güləliyev qətli törədərkən sərxoş vəziyyətdə olduğunu, əməlini şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Açıq mənbələrdən götürülüb
Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir