Əvəz Hafizlinin məhkəməsinə ilkin baxış keçirilib
Açıq mənbələrdən götürülüb
Bloqer Əvəz Hafizlinin məhkəməsinə ilkin baxış keçirilib.
"Toplum TV" xəbər verir ki, məhkəmə iştirakçılarının sözlərinə görə, məhkəmədə Ə. Hafizlinin qohumları, vəkili iştirak etməyib. İclasda iştirak etmək istəyən jurnalistin dostlarını isə məhkəməyə buraxmayıblar.
Növbəti məhkəmə 4 iyul 12:30-a təyin edilib. Məhkəmə onlayn olacaq və açıq keçiriləcəyi gözlənilir.
Bugünkü məhkəmə prosesində iştirak edən jurnalist Fərqanə Muradova və İfadə Cəfərovanın sözlərinə görə, mərhumun heç bir ailə üzvü iştirak etməyib. Jurnalistlər bildirib ki, ilkin baxış mərhələsində Böyük Britaniyanın Azərbaycandakı səfiri də iştirak edib.
Fəallar məhkəmənin binası önündə "Əvəzin qətli siyasidir!" şüarı ilə çıxış ediblər. Onlar növbəti məhkəmə proseslərini də izləyəcəklərini söyləyiblər.
Əvəz Hafizli bu ilin fevralın 22-də qohumu Əmrulla Güləliyev tərəfindən boğazı kəsilərək öldürülüb. Ölümündən öncə dəfələrlə təhdid altında olduğunu bildirərərək aksiyalar keçirmişdi.
İlkin araşdırmalara görə, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olduğunu, aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?