Sosial

Əvəz Zeynallı və daha bir neçə nəfərə yeni ittihamlar irəli sürülüb

22 Sentyabr, 2022
200

Açıq mənbələrdən götürülüb

İnternet kanallarının rəhbərləri - Əvəz Zeynallı və Elnur Şükürova qarşı yeni ittiham irəli sürülüb, bir nəfər isə axtarışa verilib.

Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, “Xural tv”nin baş direktoru Əvəz Zeynalov , “Səda TV” MMC-nin direktor müavini olmaqla, eyni adlı internet kanalının rəhbəri Elnur Şükürov və Elçin Sadıqovun qanunsuz əməlləri ilə bağlı cinayət işinin istintaqı davam etdirilir.

https://toplum.tv/mehkeme/evez-zeynalli-ev-dustaqligina-buraxilmadi

“Aparılan istintaqla müəyyən edilib ki, bir sıra media subyektləri qabaqcadan bir qrup şəxs halında əlbir olub.  Onlar maddi nemət müqabilində ayrı-ayrı şəxslərin xeyrinə rəhbərlik etdikləri internet kanallarının imkanlarından istifadə ediblər. Belə ki, müxtəlif dövlət orqanlarının vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstəriblər və ayrı-ayrı şəxslərə vəd etdikləri qərarların qəbul edilməsinə nail olmalarına əsaslı şübhələr yaranıb”, - deyə məlumatda qeyd edilib. 

"Belə ki, vəzifəli şəxs olan “Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynalov və vəzifəli şəxs olan “Səda TV” MMC-nin direktor müavini,  eyni adlı internet kanalının rəhbəri Elnur Şükürov və tanışı Teymur Rəhimov qabaqcadan əlbir olmaqla öz aralarında əldə olunacaq vəsaitin bölüşdürülməsi barədə razılığa gəliblər.  

Sumqayıt şəhəri 29-cu məhəllə, 17/18 nömrəli evin birinci mərtəbəsində yerləşən 25 saylı mənzilin arxa tərəfində yerləşən boş torpaq sahəsinin Nəzakət Cəfərovanın xeyrinə özəlləşdirilərək orada mağaza tikilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətindən müvafiq icazənin alınmasının “Xural TV” internet kanalının təsir imkanlarından istifadə edilib.  Bunun müqabilində 11 070 manat alaraq qeyd olunan mənzilin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi, habelə tikiləcək mağazanın layihəsi ilə bağlı müvafiq sənədlərin əldə edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni qaydada qabaqcadan razılaşmaqla Əvəz Zeynalov və Elnur Şükürov, tanışı  Telman Vəliyev Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yaşadığı evin qarşısında mağaza tikməyə icazə verilməsi üçün 7 000 manat alaraq “Xural TV” internet kanalının təsir imkanlarından istifadə edilib.  Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq vəzifəli şəxsinin qərarına qanunsuz təsir göstərmək məqsədilə telefonla zəng edərək qohumu olduğunu bildirib, tikintinin aparılmasına icazə verilməsinə əsaslı şübhələr tapılıb. 

Digər əsaslı şübhələr isə Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 ha torpaq sahəsinin və 168 m2 tikilinin özəlləşdirilməsi ilə bağlı zəruri sənədlərin əldə edilməsi ilə bağlıdır. Bunun ümün 50 000 manat alaraq özəlləşdirməyə etirazın olmaması barədə müvafiq məktubun verilməsinə dair qərarın qəbulu və qərara qanunsuz təsir göstərilib”, - açıqlamada bildirilir. 

Əvəz Zeynalov və Elnur  Şükürov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə - nüfuz alveri) maddəsi ilə yenidən ittiham elan edilib. Teymur Rəhimov Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Sosial

Azərbaycanlı hərbçinin vəfat etdiyi bildirilir

7 Oktyabr 2022

Rəsmi səhifə

Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Vahid Əlifağa oğlu bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Sosial

Ədəbiyyat üzrə Nobel Mükafatının qalibi açıqlandı

6 Oktyabr 2022

The Spectator

İsveç Nobel Komitəsi fransız yazıçı Anni Ernonu 2022-ci il Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görüb.  Bu barədə Komitənin "Tvitter" hesabında məlumat verilib.  Anni Ernoya mükafata "şəxsi yaddaşın köklərini, yadlaşmalarını və kollektiv məhdudiyyətlərini aşkar etdiyi cəsarət və klinik kəskinliyə görə" layiq görülüb. Anni Erno 1940-cı ildə Fransada anadan olub. Onun əksərən avtobioqrafik olan ədəbi yaradıcılığı sosiologiya ilə dərindən bağlıdır. O, əsərlərində II Dünya Müharibəsindən başlamaqla 2000-lərin Fransasına nəzər salır. Əsərlər cəmiyyətin təkamülü prosesində bir qadının həyatını əks etdirir.  Erno həm də ədəbiyyat üzrə professordur. 

Seçilmiş Videolar

Toplum TV loqo