Sosial

FHN meşə yanğınlarıyla bağlı məlumat yaydı 

18 Avqust, 2022
442

Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğın söndürülüb. 

Bu barədə avqustun 18-də fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev məlumat verib. 

Onun sözlərinə görə, yanğın təhlükəsinin qarşısının alınması istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirilib, heç bir təhlükə mövcud deyil. 

https://toplum.tv/siyaset/fhn-emekdaslarinin-intim-videolarini-yayan-polkovnik-tutuldu

Fövqəladə Hallar Nazirliyinin avqustun 18-nə olan məlumatına görə, təkcə ötən gün respublika üzrə 154 yanğına çıxış qeydə alınıb ki, onun da 38-i Şimal bölgəsinin payına düşür. 

Qəbələ, Şabran və Xaçmazda yanğınların nəzarətə götürülərək soyudulması işləri aparılır. 

Rəsmi məlumata görə, şimal bölgəsində yanğınlarla mübarizəyə 600 nəfər şəxsi heyət, 80-ə yaxın texnika, 2 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

30 Mart 2023

Açıq mənbələrdən götürülüb

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Toplum TV xəbər verir ki, bununla bağlı martın 30-da Prezident İlham Əliyev Fərman imzalayıb. https://toplum.tv/multimedia/psaatlida-etiraz-varlilar-yasayir-kasiblar-qirilirp Prezidentin fərmanıyla “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti də əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib. Öz növbəsində Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.  Bundan əvvəl Zaur Mikayılov "Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib. 2001–2009-cu illər ərzində "Bakcell" MMC-də baş kommersiya inzibatçısı kimi...
Sosial

Deputat Fazil Mustafa sui-qəsdə məruz qalıb

28 Mart 2023

Açıq mənbələrdən götürülüb

Milli Məclisin deputatına avtomatla atəş açılıb.   Toplum TV xəbər verir ki, baş vermiş silahlı hücum nəticəsində Fazil Mustafanın yaralandığı bildirilir. Deputatın yaxınlarından biri "Musavat.com"-a açıqlama verib ki, deputat evə gələn zaman öz maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan onun üzərinə atəş açılıb.  "Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib", - deyə məlumatda qeyd olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

Seçilmiş Videolar

Toplum TV loqo