Açıq mənbələrdən götürülüb
Daxili İşlər Nazirliyi (DİN) Sabirabadın Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevin avtomobildə yanaraq ölməsi barədə məlumatın saxta olduğunu müəyyənləşdirib.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda bildirilir: "2021-ci il noyabrın 25-də Sabirabadın Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus "KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə R.Qəniyevin direktoru olduğu "Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub".
DİN R.Qəniyevin paytaxtın Yasamal rayonu ərazisində saxlanıldığını açıqlayıb.
Sosial şəbəkələrdə yayılan məlumatda Rafət Qəniyevin hadisə zamanı avtomobilinə ölmüş itin sümüklərini yerləşdirdiyi barədə iddialar yer alır.
Ötən il Fövqaladə Hallar Nazirliyinin Tibb Xidməti yaydığı açıqlamada ölüm faktını təsdiqləmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
FHN