Açıq mənbələrdən götürülüb
2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.
Bununla bağlı dekabrın 2-də Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.
Qərarda nəzərdə tutulan günlər iş günü hesab edilmir.
Gələn il Novruz bayramı ilə əlaqədarisə 8 gün ardıcıl qeyri-iş günü olacaq.
2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 26 və 27 mart tarixləri də şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.
Açıq mənbələrdən götürülüb
182 ölkə arasında 121-ci – Azərbaycanda internetin sürəti niyə zəifdir?
Açıq mənbələrdən götürülüb