Sosial

Gəncə hadisələri - Terror hadisəsi idi, yoxsa məmur özbaşnalığına etiraz?

Roza Məmmədova
7 İyul, 2022
900

Açıq mənbələrdən götürülüb

 “Nəyə görə Azərbaycanda məmurun şəxsiyyəti alçaldılmalıdır? Bütün bunlar cəmiyyət üçün ziyanlıdır. Bəzən elə olur ki, adi bir səhvi şişirdib çox böyük səviyyəyə qaldırırlar, bu da cinayətə zəmin yaradır”.

Hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aqil Məmmədov üstündən 4 il keçən Gəncə hadisələrindən danışarkən belə deyir.

2018-ci ilin iyulun 3-də Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə silahlı hücum olub, o və mühafizəçisi güllələnib. Bundan bir neçə gün sonra - iyulun 10-da Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirilib. Mitinqdə iki yüksək rütbəli polis öldürülüb. Bundan sonra onlarla şəxs saxlanılıb.

Rəsmilər icra başçısının vurulmasını əvvəlcə "kriminal hadisə" kimi qiymətləndirsələr də, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun terror təşkilatları ilə əlaqəli olduğunu bəyan ediblər.

Yunis Səfərov məhkəmədə ifadə verərkən icra başçısını güllələməklə həm özbaşınalıq edən məmurlara dərs vermək, həm də vətəndaşların problemlərinə biganə yanaşan dövlət orqanlarına mesaj çatdırmaq istədiyini deyib.

Millət vəkili Aqil Məmmədovsa dörd il öncə baş verənlərdə icra başçısının ciddi səhvi olmadığını düşünür. Amma bununla belə əlavə edir: “Məmurlar elə etməlidir ki, belə hadisələr olmasın. Sözsüz heç kim dəli olmayıb ki, birdən-birə cinayət törətsin. Bəzən əksi də olur. Gəncə hadisələrində adamlar öyrədilmişdi, mitinqlərə yönəldilmişdi. İnsanlar öz hüquqlarını qaydalar çərçivəsində tələb etməlidirlər. Yoxsa zorla, vuruşmaqla olmaz”.

Prezidentin tələb etdiyi 20 nəfər kimdir?

Rəsmi ittihamlarda Yunis Səfərovun İranın Qum şəhərində dini təhsil aldığı və Suriyada döyüşlərdə iştirak etdiyi deyilirdi.

Bu il aprelin 29-da prezident İlham Əliyev “Cənubi Qafqaz, inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda İranla münasibətlərdən danışarkən Gəncə hadisələrində iştirak edənlərin bəzidinin İranda olduğunu bildirib. O, İranın keçmiş prezidenti Hasan Ruhaninin dövründə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan 20-yə yaxın vətəndaşın Azərbaycana ekstradisiyasını istədiklərini, ancaq bunun mümkün olmadığını deyib.

 “Bir qrup Azərbaycan vətəndaşı İranda sığınacaq tapıb və onların cinayət əməllərində əli olduğuna dair sübutlar var. Həmin vətəndaşlar Azərbaycana qarşı nalayiq sözlər işlədirlər, ərazi iddiaları irəli sürürlər. Gəncə polislərinə olunan hücumlarda istirak etdiklərinə görə onların ekstradisiyasını tələb etdik və əlimizdə sübutlar var. Biz rəsmi müraciət etmişik, lakin İran onların heç birini bizə təhvil vermədi”, - prezident Əliyev belə söyləyib.

Gəncə hadisələrindən bir neçə gün sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Yunis Səfərovun İranda yetişdirilməsi haqda deyilənlərə belə münasibət bildirmişdi: “Biz qonşu ölkələrin sülh və sabitlik şəraitində inkişaf etməsində maraqlıyıq. Düşünürük ki, qonşu ölkələrin sabitliyi bütün regionun sabitliyidir. Bu hadisəni pisləyirik və bildiririk ki, son həftələr ərzində İran İslam Respublikası əleyhinə müəyyən mərkəzlər tərəfindən hesablanmış, konkret psixoloji müharibə başladılıb. Hazırlıq işləri görərək, yalan xəbərlər quraraq İslam Respublikası əleyhinə müxtəlif ittihamlar irəli sürürlər. Dostlarımızdan istəyimiz budur ki, İranın düşmənlərinin psixoloji müharibəsinə diqqət yetirsinlər və ayıq olsunlar”.

“Cinayətin hərəkətverici motivi həmin məmurun xalqa qarşı hörmətsizlik etməsi idi”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Əli Kərimli hesab edir ki, Gəncə hadisələrində hansısa xarici ölkənin qəsdindən söhbət gedirdisə bu, araşdırılıb, məhkəmə hökmü ilə təsdiqlənməli idi.

“Amma bildiyim qədər məhkəmədə belə bir məsələ araşdırma mövzusu olmayıb, məhkəmə qərarında da öz əksini tapmayıb. İcra başçısı güllələnməmişdən qabaq onun sıravi insanları incitməsi, özbaşınalığı heç kəsə sirr deyildi. Amma bütün bunlara baxmayaraq icra hakiminin həyatına qəsd edilməməli idi. Hakimiyyət bundan nəticə çıxarmalıdır ki, əlavə narazılığa səbəb olmadan vəzifəli şəxslər xalqa qarşı hörmətsizlik etməkdən çəkinməlidirlər”.

Bu günə qədər “Gəncə işi” üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb.

Yunis Səfərov və onunla birlikdə mühakimə olunanlar Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yunis Səfərov ömürlük, digər təqsirləndirilən 9 nəfər isə 18-20 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...
Sosial

İyunda bir həftə iş olmayacaq

25 May 2023

Açıq mənbələrdən götürülüb

İyun ayında Silahlı Qüvvələr və Qurban bayramı ilə əlaqədar olaraq bir həftə iş olmayacaq. Toplum Tv xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar çıxarıb.  Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. https://toplum.tv/sosial/pnazirlik-taksi-sirketleri-ldquoferdi-melumatlar-haqqindardquo-qanunu-pozurp Belə ki, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. İyunun 28, 29-u isə Qurban bayramı günləri müəyyən edilib. Beləliklə, 1 və 2 iyul tarixlərinin də şənbə və bazar günlərinə təsadüf etdiyini nəzərə alsaq, Silahlı Qüvvələri Günü və Qurban bayramı ilə əlaqədar bir həftə - 26,...

Seçilmiş Videolar

Toplum TV loqo