Sosial

“Gəncə məhbusu”: “Gərək özümə nəsə edəm ki, mənimlə maraqlansınlar”

Vüsalə Mikayıl
28 Yanvar, 2022
580

Sosial Media

2018-ci ildə “Gəncə hadisələri” zamanı həbs olunmuş və hazırda 2 saylı cəzaçəkmə müəssəsində həbs həyatı yaşayan Bayramov Tural Arzu oğlunun səhhətində problemlər yaranıb.

Bununla bağlı “Toplum TV” - yə məhbusun anası Zinyət Bayramova xəbər verib. O deyir ki, oğlunun vəziyyəti ağır olsa da, müdaxilə edilmir, vəziyyəti isə getdikcə pisləşir:

“O qədər işgəncə veriblər ki, panik atak, nevroz olub. Əvvəl 10-cu kolonda idi, indi isə 2 saylı cəzaçəkmə təcridxanasındadır. 20 gündən də çoxdur ki, yenə ağrıları başlayıb. Gecə yatanda boğulur, qarabasması  olur. Artıq ağrılara dözə bilmədiyini deyir. Telefonla danışanda “gərək özümə nəsə edəm ki, mənimlə maraqlansınlar” deyir. Oranın həkimi Fərhadov Nüsrət də baxmır. Deyir, müalicə üçün bura nevropotoloq gəlməlidir”

Z. Bayramova Pentensiar Xidmətə sorğularını yönləndirə bilmədiyini söyləyir: “ Zəng vururam, düşə bilmirəm. Övladım orda hər cür əziyyət çəkir. Tələbim odur ki, övladımı müalicə etsinlər. Etmirlər, azad etsinlər. Gedib özüm borc-xərc tapıb müalicə etdirim. 26 yaşı var, hər yeri xəstəlik tapıb. Dekabrda ad günündə getmişdim, böyrək ağrılarından gözlərinin altı qaralıb”.

Tural Bayramov - Toplum TV

Qadının sözlərinə görə, əvvəl oğluna 8 il iş versələr də, sonradan appelyasiya məhkəməsi cəzasını 4 il 1 aya endirib: “Ali məhkəmə isə heç bir dəyişiklik etmədi. Heç nədən artıq 3 il yarımdır ki, cəza çəkir”.

Z.Bayramova özünün də səhhətində problemlər olduğunu deyir: “Özüm də ürək xəstəsiyəm. Hər gün dava-dərmanla yaşayıram”.

O dəfələrlə Ombudsman aparatının qaynar xəttinə zəng vursa da, düşə bilmədiyini bildirir. Ədliyyə Naziri Fikrət Məmmədov və Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova məsələ ilə bağlı müraciət edildiyini qeyd edir.

Ombudsman aparatının mətbuat katibi Emil Şahzadə isə onların qaynar xəttinə belə məlumatın daxil olmadığını bildirir. Aparat rəsmisi deyir ki, yazılı şəkildə müraciət edildikdən sonra məsələyə baxılacaq.

Emil Şahzadə - Açıq mənbələrdən götürülüb

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov məsələyə onların baxmadığını deyib: “Bu bizim səlahiyyətimizdə deyil. Məsələyə Ədliyyə Nazirliyi Tibb-Baş İdarəsi baxır”

Ədliyyə Nazirliyi nəzdində Tibb-Baş idarəsinin rəis müavini İftixar Qurbanov “Toplum TV”-yə cəzaçəkmə müəssisələrinin hamısında tibb sanitar hissəsi olduğunu və lazım olduqda nevropotoloqun çağırıldığını, məsələni araşdıracağını deyib.

Araşdırmanın nəticəsi olaraq Ədliyyə Nazirliyinin mətbuat katibi Nigar Əliyeva onda sadəcə panik ataklar olduğunu, nevropotoloqun artıq məhbusa baş çəkdiyini deyib: “Vəziyyət nəzarətə götürülüb”.

Xatırlatma

“Gəncə hadisələri” haqqında  rəsmi məlumatda 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunus Səfərovun şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahla hücum etdiyi, mühafizəçisini ağır yaraladığı bildirilir.

Y.Səfərov saxlanıldıqdan sonra  sosial şəbəkələrdə etiraz olaraq 10 iyulda Gəncədə etiraz aksiyasının keçirilməsinə çağırışlar edilib. Aksiya zamanı iki polis əməkdaşı öldürülüb, biri yaralanıb.

"Gəncə hadisələri" - Sosial Media

Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında aksiyada 150-200 nəfərdən ibarət “radikal dini yönümlü bir qrup şəxs”in asayişi pozmağa cəhd etdikləri, bu zaman xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərdikləri bildirilib. Ümumilikdə, 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Rəsmi açıqlamaya görə,  6 nəfər şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərdikləri üçün  öldürülüb.

Sosial

Türkiyədə imtahan suallarını qanunsuz satan azərbaycanlılar saxlanılıb

17 May 2022

açıq mənbədən götürülüb

Ankarada Amerika və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələrə SAT imtahan (Scholastic Aptitude Test - akademik qabiliyyət imtahanı) suallarını satdığı iddia edilən 6 şəxs saxlanılıb. "TRT Haber"in məlumatına görə, saxlanılanlar arasında azərbaycanlıların da olduğu deyilir. Ankara Respublika Baş Prokurorluğu mayın 7-də keçirilən SAT imtahan suallarının Ankarada 2-3 min dollara satılmasından sonra istintaqa başlayıb. İstintaqı dərinləşdirən prokurorluq, İran və Azərbaycan vətəndaşları da daxil olmaqla 6 şübhəlinin “Telegram” mesajlaşma proqramı vasitəsilə əlaqəyə girdiyini aşkarlayıb. Cahid və M.N. adlı şəxslərin sualları “karantin” adlandırdıqları evlərdə payladıqları müəyyən edilib. Baş Prokurorluğun göstərişi ilə Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları təyin olunmuş ünvanlarda eyni vaxtda...
Sosial

Müştəri restoranda servis haqqı ödəməlidirmi?

Roza Məmmədova
17 May 2022

Getty Images

Restorana gedəndə xərcinizi menyudakı qiymətlərə görə hesablayırsınızsa, sürprizə hazır olun. Bəzi kafe və restoranlarda yeyib içdiyinizdən əlavə servis haqqı da tutulur. Nədir servis haqqı? Bura restoranda dinlədiyiniz musiqi, servis xidməti, istifadə olunan qab-qacaq və s. aiddir. Bakıda “Özsüt” restoranında ofisiant işləyən Pünhan Cəfərov (ad şərtidir) deyir ki, müştərilər əvvəlcədən servis haqqı tutulduğunu bilmir: “Onlar bunu ya menyu jurnalından, ya da hesab qəbzindən öyrənə bilirlər. Müştərilər çox zaman servis haqqını ən sonda, hesabı istəyəndə görür, təbii, narazılıq edənlər də olur”. Pünhanın sözlərinə görə, bu restoranda əlavə xidmət haqqı ümumi hesabın 6%-i qədərdir: “Servis haqqı ofsiantlar müştəriyə qulluq edir, restoranın boşqabları istifadə...

Seçilmiş Videolar

Toplum TV loqo