Açıq mənbələrdən götürülüb
“Gəncə işi” ilə əlaqədar həbsxanada məhkum həyatı yaşayan şəxsin anası vəfat edib.
Bu barədə “Gəncə işi”ndə təqsirləndirilən başqa bir məhbusun anası Zemfira Hüseynzadə “Toplum TV”-yə məlumat verib. Onun sözlərinə görə, Mirzəyə anasıyla sonuncu dəfə görüşməsinə icazə verməyiblər.
Bir neçə gün əvvəl son günlərində oğlunu görmək istəyən Etibar Hüseynova barəsində yazmışdıq. Onun oğlu Mirzə Hüseynov 2018-ci il Gəncə hadisələri ilə əlaqədar azadlıqdan məhrum edilib.
Qadının öləcəyindən xəbərdar olan yaxınları və vəkili Mirzəyə anası ilə vidalaşmaq üçün icazə verilməsini istəyirdilər.
M. Hüsenovun vəkili Şəhla Hümbətova məsələ ilə bağlı Ədliyyə nazirliyi, Penitensiar Xidmətin rəisinə məktublar göndərdiyini, Ombudsmanın köməkçisi Rəşid Rumzadənin müraciətdən xəbərdar olduğunu söyləmişdi.
Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov isə sorğumuza cavab olaraq məsələyə baxıldığını bildirmişdi.
Lakin müraciətdən 7 gün keçməsinə baxmayaraq, Mirzəyə anasıyla görüşməyə icazə verilməyib və yanvarın 26-da E. Hüseynova vəfat edib.
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsinə əsasən, məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər.
açıq mənbədən götürülüb
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”