Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Son altı ayda yol-nəqliyyat hadisələrinin 63,8 faizini (146 fakt) piyadaların vurulması təşkil edib. Nəticədə, 58 nəfər həlak olub, 99 nəfər xəsarət alıb.
Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli "Toplum TV"-nin sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, hadisələrin 15-i piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib.
https://toplum.tv/sosial/baki-yollarindaki-xaosdan-cixis-yolu-varmi-manatliq-taksi-lerle-bagli-qerar-verilecek
"Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri daha çox Fətəli Xan Xoyski, Heydər Əliyev, Ziya Bünyadov, Qara Qarayev və “8 Noyabr” prospektlərində qeydə alınıb. Piyadalar çox səhlənkarlıq edirlər. Bu isə yol infrastrukturunun düzgün qiymətləndirilməməsinin nəticəsidir", - R. Əhmədli qeyd edib.
Rüstəm...
Açıq mənbələrdən götürülüb
Azərbaycanda sərhədi qanunsuz keçmək istəyən 10 Şri-Lanka vətəndaşı saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilir ki, avqust ayının 12-də saat 22:00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində DSX “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb.
https://toplum.tv/siyaset/dsx-generalindan-qazaxin-7-kendi-ile-bagli-aciqlama
"Aparılmış ilkin araşdırma zamanı qeyd olunan əcnəbilərin 25-i və 29-u iyul tarixlərdə ölkə ərazisinə turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına, oradan isə Türkiyə Respublikasına keçməklə, Avropa olkələrindən birinə...