Sosial

“Görünürdü ki, bunlara həqiqət yox, Səidi həbsə göndərmək lazımdır"

Aytac Məmmədli
29 Aprel, 2021
311

Sosial media

“Siyasi fəalların nüfuzlu olması hakimiyyəti narahat edir". 

Bunu "Toplum TV"-yə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri Emil Səlimov deyib. 

Aprelin 28-də Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimli AXCP üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Səid Məmmədzadə barəsində 3 il 6 aylıq həbs qərarı çıxarıb. 

Qarışıq döyüş növləri üzrə Avropa çempionu, sosial şəbəkələrdə Səid Bakuvi kimi tanınan fəal 

Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsilə təqsirli bilinib. 

Cinayət işinin materiallarında iddia olunur ki, S.Məmmədzadə icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində Rüfət Məcidov adlı şəxsə bıçaqla xəsarət yetirib, avtomobilinə ziyan vurub.

Hadisənin şahidi olmuş AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli "Meydan TV"-yə bildirib ki, istintaq zamanı onu şahid qismində dindiriblər: “Mən də hadisəni necə varsa, elə danışmışdım. Videogörüntülərdə də mən varam və dediklərim də o görüntülərlə təsdiqini tapır. Görünür, mənim ifadəm həqiqət olduğuna və ittiham tərəfinə sərf eləmədiyinə görə məhkəməyə çağrılacaq şahidlərin siyahısına məni daxil etmədilər. Məhkəmənin gedişində vəkil mənim dindirilməyim haqda vəsatət qaldırdı, hakim bunu təmin eləmədi. Görünürdü ki, bunlara həqiqət yox, Səidi həbsə göndərmək lazımdır”.

E.Səlimovun dediyinə görə, fəal nəinki vətəndaşı bıçaqlayıb, heç əlbəyaxa davada da olmayıb: "Biz bu qərarı siyasi sifariş hesab edirk. Səidin tutulması siyasi fəaliyyəti ilə bağlıdır. Onu şərləyiblər və bu, birmənalı şəkildə təxribatdır".  

Komitə sədri deyir ki, Səid Məmmədzadə idmançılara müraciətindən sonra hakimiyyətin hədəfinə tuş gəlib: "Səid ictimai-siyasi fəaliyyətə qoşulandan sonra idmançı çevrəsini də bu proseslərdə aktiv olmağa səsləmişdi. Azərbaycan hakimiyyətinin də ən çox qorxduğu budur - siyasi fəalın nüfuzlu olması. Səidin könüllü şəkildə sədrin mühafizəçisi işləməyi hakimiyyəti narahat edirdi və ondan qisas almağa çalışırdılar. Nəticə olaraq bu yolla onu təcrid etməyi bacardılar”. 

E.Səlimovun sözlərinə görə, AXCP S.Məmmədzadənin hüquqlarını müdafiə edəcək: "Bu, Azərbaycanda ilk belə hadisə deyil, siyasi məhbus problemi həmişə olub. Bacardığımız qədər məsələni gündəmdə saxlayacağıq".

Sosial

Lənkəranlı istedad : 19 yaşlı  qrafik dizayner Fidan Abilova

Nuranə Atakişiyeva
17 May 2021

Toplum TV

19 yaşlı rəssam, qrafik dizayner Fidan Abilovanın Lənkəranda “Çərçivədən baxış” adlı sərgisi təşkil olunub. Sərgi iyun ayının ortalarına qədər davam edəcək”
Sosial

Peyvənd olunanların sayı açıqlandı

17 May 2021

Eurasia.net

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3694 vaksin vurulub. Operativ Qərargahdan mayın 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2471 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1798743, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1032054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 766689 təşkil edir.
Seçilmiş Videolar