Sosial

Göygöl sakini: İcra nümayəndəsinin girməyə qorxduğu evdə biz illərdir yaşayırıq

Günel Manaflı
16 İyun, 2022
945

Toplum TV

Keçmiş hərbçinin ailəsi yaşayış şəraitindən şikayətçidir

“İki körpə balamla Göygöl rayonunun Çaykənd kəndində uçmaq təhlükəsi olan evdə yaşayırıq. Yoldaşım Salmanov Rasim İsa oğlu hərbçi idi, səhhətinə görə yararsız hesab edilərək hərb işindən uzaqlaşdırıldı. Ona heç yerdə iş vermirlər. Vəziyyətimiz olduqca ağırdır. Sosial yardım almırıq. Yoldaşıma əlillik də verməyiblər. Çox çarəsiz vəziyyətdəyik”.

Bunları Toplum TV-nin qaynar xəttinə Göygöl rayonunun Çaykənd kənd sakini Salmanova Güldanə Ceyhun qızı deyib. Şikayətçinin sözlərinə görə sosial vəziyyətləri ilə əlaqədar Göygöl rayon İcra Hakimiyyətinə, Məşğulluq Mərkəzinə müraciət etsələr də müsbət nəticə əldə edə bilməyiblər.

https://toplum.tv/sosial/muharibe-istirakcisi-oglumu-esger-gondermeyecem

“Yoldaşım Salmanov Rasim Kəlbəcər rayonunun Aşağı Ayrım kəndindən məcburi köçkün düşüb, Göygöl rayonunun Çaykənd kəndində məskunlaşıblar. O, Gəncədə N saylı həbi hissədə 3 il hərbçi kimi fəaliyyət göstərib. Hərbidə olarkən koronavirusun yeni yayıldığı vaxtlarda qripə yoluxdu. Qrip qızdırma verdiyi üçün onu hospitala yerləşdirdilər. Müayinələr zamanı məlum oldu ki, ürəyində problem var. Gəncə hospitalında, daha sonra “Papanin”də (Mərkəzi Hərbi Klinik Hospitalı nəzərdə tutur –red.) yatdı. “Papanin” rəy verdikdən sonra qapalı ürək əməliyyatı keçirdi. Yoldaşımın çıxarışına hərbi xidmətə yararsız yazılıb, hərbi biletinə də 156-cı maddənin V bəndi vurulub. Biz iki ildir ona əlillik ala bilmirik. Deyirlər, sizə bu diaqnozla əlillik düşmür. Əgər yoldaşımı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi sağlam hesab edib əlillik vermirsə, bizə sağlamlıq haqqında arayış versin. O da orduda, ya mühafizədə, ya da haradasa işə düzəlsin. Çünki hərbi biletinə baxıb heç kim onu işə götürmür”.

Toplum TV
Toplum TV

G. Salmanova deyir ki, evləri qəzalı vəziyyətdə olsa da, onu təmir etmək üçün maddi imkanları yoxdur. Rayonun icra nümayəndəsi gəlib evə baxış keçirib, ancaq evin təmiri və ya bərpası üçün hansısa göstəriş verməyib:

“Göygöl rayon icra nümayəndəsi evimizə baxış keçirmək üçün gəlsə də, qorxusundan ayaqqabısını çıxarıb içəri girə  bilmədi. İcra nümayəndəsinin girməyə qorxduğu evdə biz iki az yaşlı övladımızla illərdir yaşayırıq. Ev qaynatamgil Kəlbəcərdən qaçqın düşəndə dövlət tərəfindən verilib. Vəziyyətimiz çox ağır olduğu üçün İcra Hakimiyyətindən bizi işlə təmin etməyi istəsək də, dedilər ki, bu onların səlahiyyətində olan məsələ deyil. Özüm ali təhsilliyəm. Nə iş olsa, işləməyə hazıram. Sosial yardım üçün də müraciət etdik, onu da vermədilər ki, sizə düşmür. Mən Goranboy rayonu Faxralı kəndində qeydiyyatdayam, anamla atam orada yaşayır. Anamın adına 38 sot torpaq var. Mənə deyirlər sən orada mülkiyyətçisən deyə yardım verə bilmərik. O mənim torpağım deyil, anamındır, onun mənə heç bir aidiyyatı yoxdur”.

Toplum TV

Kredit borcu olan və dolanmaqda çətinlik çəkən ailə müvəqqəti olaraq Gəncə şəhərinə qohumlarının evinə köçməyə qərar verib. Güldanə Salmanovanın sözlərinə görə, yoldaşı qohumların köməyi ilə mağazada işə düzəlib: “Yoldaşım Salmanov Rasim marketdə 250 manat əmək haqqı alır. 60 manat da “qaçqınlıq pulu” alırıq. 260 manat da kredit ödəyirik. Bizə gündəlik dolanışıq ehtiyaclarını ödəmək üçün 50 manat qalır. Bununla yaşamaq mümkündürmü?!”

Toplum TV

Gölgöl rayonu İcra Hakimiyyəti başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Eşqin Ocaqverdiyev Toplum TV-ə həmin evin yaşanılası vəziyyətdə olduğunu, hazırda da həmin evdə Salmanov Rasimin atasının yaşadığını bildirdi: “Onlar həmin evdə müvəqqəti məskunlaşıblar. Bununla bağlı yuxarı orqanlara müraciət etmişdilər. Onlar da, bizim  icra hakimiyyəti də evə baxış keçirib, onlara yazılı cavab veriblər. Həmin evə şəxsən özüm baxış keçirmişəm. Qorxub evə girməməyimlə bağlı dedikləri yalandır. Ev yaşanılası vəziyyətdədir. Daşqın, ya hansısa təbii fəlakət olmayıb ki, evin uçmaq təhlükəsi olsun. Həmin ailə hazırda Gəncədə yaşayır. Evdə isə Salmanov Rasimin atası yaşayır. Bizə işlə bağlı da müraciət etdilər. Biz də məktub verdik ki, siz yaşadığınız ərazi üzrə Məşğulluq İdarəsinə müaciət edin. Onlar sizə hansı sahə üzrə iş varsa, yönləndirəcək”.

Göygöl rayon Məşğulluq Mərkəzinin Hüseyn adlı əməkdaşı isə dedi ki, müraciət edənlər çox olduğu üçün hazırda həmin şəxsləri xatırlamır: “Qurumumuza iş üçün müraciət edənlər çox olduğu üçün hazırda həmin şəxsləri xatırlamıram. Adı çəkilən şəxslər məşğulluq xidməti şöbəsinə yaxınlaşsın, köməklik göstərək və onlara uyğun iş yerlərini təqdim edək”.   


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo