Sosial
“Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - FOTO
15 Yanvar, 2021
105
FOTO: president.az

1992-ci ildə Şuşanın işğalı zamanı zədələnmiş və Bakıya gətirilmiş 3 görkəmli azərbaycanlının heykəli Şuşaya qaytarılıb.

Üzeyir Hacıbəyli, Bülbül və Natavanın heykəllərinin Şuşaya qaytarılması mərasimi yanvarın 15-də Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə Qarabağa səfəri çərçivəsində baş tutub.

İlham Əliyev bölgəyə səfəri zamanı həmçinin Füzuli-Şuşa yolunun və Şuşa hava limanının təməlqoyma mərasimində iştirak edib.

"Füzuli beynəlxalq hava limanının təməlini qoyduq. Bu il Füzuli beynəlxalq hava limanı istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir ki, bu ildən başlayaraq xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə gələ bilsinlər", - prezident açıqlamasında deyib və əlavə edib:

"Eyni zamanda Azərbaycanın digər şəhərlərindən Şuşaya getmək üçün buraya gəlib, buradan rahat gedə bilərlər. Lənkərandan, Naxçıvandan, Gəncədən və digər bizim şəhərlərimizdən".

İlham Əliyeva Şuşa şəhərinə səfərində xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva müşayiət edib.
 


FOTO: https://president.az/

Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar