Sosial

Günəşli sakinləri evsiz qalıb:"Bir mənzil 3-4 adama satılıb"

Roza Məmmədova
13 May, 2022
1032

açıq mənbədən götürülüb

Azər Talıbov 2018-ci ildə “Sahil-S” MTK şirkətinin paytaxtın Yeni Günəşli AB massivində inşa etdiyi binadan mənzil alıb. Amma o vaxtdan 4 il keçməsinə baxmayaraq bina hələ də istismara verilməyib.

“Mənzilin ümumi məbləği 61 min manatdır. Bina təhvil verilməyib, artıq 30 min AZN ödəmişəm. 2 ildir şirkət rəhbərliyi bizi yubadır ki, maliyyəmiz yoxdur”, - Azər Talıbov deyir.

Problemsə təkcə yaşayış binasının istismara verilməsi ilə bağlı deyil. Binadan mənzil alanların sözlərinə görə, 165 mənzildən 43-ü 3-4 ailəyə satılıb, yəni konkret sahib yoxdur.

Toplum TV

Azər Talıbovun sözlərinə görə, bunu öyrənəndə bütün ailələr yığışıb “Sahil-S” MTK rəhbərliyindən şikayət edib.

Bundan sonra “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin sədri Taley Alaverdiyev eyni mənzili bir neçə şəxsə satması səbəbindən cinayət məsuliyyətinə cəlb edilib. İstintaq davam edir. Məhkəmə prosesinin nə qədər davam edəcəyi, binanın nə vaxt istismara veriləcəyi hələlik sual altında qalır.

Əlacsız qalan şikayətçilərsə binanı öz hesablarına təmir etməyə çalışırlar. Onlar mənzilin hər kvadrat metrinə 5 manatdan pul yığırlar.

Tikinti şirkətləri niyə dələduzluğu əl atır?

Azərbaycan Rieltorlar Birliyinin sədri, inşaat eksperti Elnur Azadov “Toplum TV”-yə deyir ki, tikinti şirkətləri adətən bu yola maliyyə çatışmazlığı olanda əl atırlar.

“Binanın tikintisini həyata keçirmək, müvəqqəti pul əldə etməkdən ötrü mənzil bir neçə nəfərə satılır. Yaxud da şəriklər arasında pul mənimsəmə halı, problem olur, onlar saxta yolla ikinci möhür əldə edir, satış edirlər”.

Elnur Azadov - ARB

Ekspert qanundakı boşluqların da sahibkarların dələduzluğuna imkan yaratdığını bidlirir: “Məsələn, Vahid Satınalma reyesteri yoxdur. Ədliyyə Nazirliyinin vahid reyesterində müqavilə, etibarnamələr, çıxarışlar əks olunur. Amma inşaatı bitməmiş şirkətin çıxarışı olmadığına görə, tikinti şirkəti müqavilə tərtib edib istənilən sayda adama sata bilər.Tikinti şirkəti müştəridən vəsaiti nağd şəkildə alır, eyni mənzili bir neçə adama bu şəkildə satır. Mülki Məcəllədə 2018-ci ildə edilən dəyişikliyə görə, alqı-satqı müqaviləsi notarial qaydada həyata keçirilə bilər. Amma tikinti şirkətləri alqı-satqını yenə də dolayı yolla həyata keçirirlər. Yəni mülk alan şəxs pulu şirkətə nağd şəkildə verməməlidir, vəsaiti qanuni şəkildə hesaba köçürməlidir”

Ekspertin fikrincə, son 10 illə müqayisədə dələduzluq halları sayı azalsa da, problemlər qalmaqdadır. O, tikinti şirkətləri üçün vahid reyester yaradıldıqdan sonra problemin həllinə, tikinti şirkətlərinin nəzarət altında olacağına ümid edir.

Sosial mediada da zaman- zaman tikinti şirkətlərinin dələduzluğu ilə bağlı şikayətlərə rast gəlmək mümkündür. Məsələn, “Real”MTK, “Sahil-M” MTK, “Karat”, "Mars A MTK" və digərlərinin də adları saxtakarlıqda hallanır.

Baş Prokrorluğun açıqlamasına görə, 2019-2021-ci illər ərzində tikinti (MTK) dələduzluğu ilə bağlı 20-dən artıq iş istintaqı tamamlanaraq məhkəməyə göndərilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycanda Türkiyəyə ianələrlə bağlı komissiya haqqı ləğv edildi

8 Fevral 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanda fəaliyyət göstərən banklar Türkiyəyə ianələrlə bağlı komissiya haqqının ləğv edilməsinə razılıq verib.  Toplum TV xəbər verir ki, bu barədə APA xəbər yayıb.  Bildirilir ki, həm Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) hesabına birbaşa kartla ödəmələrdə, həm də banklar vasitəsilə digər köçürmələrdə əlavə dəyər vergisi və komissiya tutulmur.  https://toplum.tv/siyaset/pazerbaycanin-tuumlrkiyeye-goumlnderdiyi-yardima-neler-daxildirp Xatırlatma Fevralın 6-da Türkiyədə 7,7 və 7,6 şkalasında baş verən zəlzələ 10 vilayətdə hiss olunub. Rəsmi statistikaya əsasən, ölü sayı 7 mini ötüb, yaralı sayı isə 40 minə çatır.  Bildirilir ki, hələ minlərlə insan dağıntıların altındadır. Kəskin soyuq, infrastrukturun dağılması nəticəsində ölü sayının artacağı ehtimal edilir.  Zəlzələ ilə əlaqədar Prezident...
Sosial

Bakıda Türkiyə üçün yardım kampaniyasının ünvanı dəyişib

8 Fevral 2023

Trend

Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardımlar Babək prospektindəki "Doğtaş Mebel"də qəbul olunmayacaq.  Toplum Tv xəbər verir ki, bu barədə fevralın 8-də Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.  Bildirilir ki, məntəqənin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması üçün dəyişdirilib. Yardımlar artıq Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul olunur. https://toplum.tv/siyaset/ptuumlrkiyeden-texliye-edilen-azerbaycanlilarin-sayi-accediliqlandip Xatırlatma Fevralın 6-da Türkiyədə 7,7 və 7,6 şkalasında baş verən zəlzələ 10 vilayətdə hiss olunub. Zəlzələ nəticəsində ölənlərin sayı 6234-ə, yaralananların sayı isə 37011 nəfərə çatıb.  Zəlzələ ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğan 10 vilayətdə fövqəladə vəziyyət elan edib və onun 3 ay ərzində qüvvədə olacağını açıqlayıb.  Prezident onu da bildirib...

Seçilmiş Videolar

Toplum TV loqo