Gürcüstanlı vəkil Avtandil Sereteli azərbaycanlı müxalif bloger Hüseyn Bakıxanovun özünü binanın damından ataraq intihar etdiyini bildirib.
"Formulanews.ge"-nin bu gün, iyulun 30-da verdiyi xəbərə görə, Gürcüstanın Daxili İşlər Nazirliyi Hüseyn Bakıxanovun ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin intihar maddəsiylə cinayət işi açıb.
"Adjara Group"-un vəkili A. Seretelinin sözlərinə görə, Bakıxanov iyulun 14-də iş müsahibəsi üçün "Stamba" hotelinə gəlib, hotel binasıyla tanış olan zaman dama qalxıb və özünü oradan atıb.
"İyulun 14-də hotel ərazisində insident baş verib, işə götürülən Azərbaycan vətəndaşı hotel binasında ekskursiya edib, dama çıxıb və özünə qəsd edərək həyatına qəsd edib. Bunun birbaşa şahidləri var", - deyə Sereteli bildirib.
Bakıxanov insidentdən əvvəl açıqlama vermişdi ki, iyulun 12-də Tbilisinin mərkəzində əvvəlcə şifahi, sonra da fiziki hücuma məruz qalıb. Bloger hadisənin təsadüf olmadığını və Azərbaycan hökuməti tərəfindən təşkil olunduğunu bildirib.
Hüseyn Bakıxanovun ölümü ilə bağlı ilk dəfə jurnalist Əfqan Muxtarlı özünün "Feysbuk" hesabında məlumat paylaşıb.
REUTERS
Toplum Tv
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”