Gürcüstanda son sutkada 3 071 nəfər koronavirusa yoluxub, 34 nəfər isə virusdan ölüb.
Bu barədə Gürcüstan rəsmi mənbələri məlumat yayıb.
Bununla da Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 114 889, ölənlərin sayı isə 1085 nəfərə çatıb.
Həmçinin, virusa yoluxanlardan 95 581 nəfərin sağaldığı bildirilir.
Ermənistanda indiyədək virusa yoluxanların sayı 129 085 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 2 040 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 100 913 nəfərdir.
Bu barədə "Sputnik Armenia” məlumat yayıb.
Son sutka ərzində Ermənistanda "COVID-19” infeksiyasına 1 563 yoluxma halı qeydə alınıb, yoluxanlardan 38 nəfər ölüb.