Yekaterina Tikaradze
Foto: https://sputnik-georgia.ru
Gürcüstanda koronavirusa qarşı vaksinasiyanın bu ilin birinci
rübündə tətbiq olunacağı nəzərdə tutulub.
Yerli mətbuatın yanvarın 15-də verdiyi məlumata görə, bu barədə
ölkənin səhiyyə naziri Yekaterina Tikaradze bildirib.
Nazirin sözlərinə görə, Gürcüstan "COVAX” platforması vasitəsilə
ilkin mərhələdə "Pfizer” vaksinini əldə edəcək. O, ilk mərhələdə ölkənin 20
faizinə çatacaq qədər vaksinin alınacağını deyib, bu isə təxminən 700 min nəfər
deməkdir.
Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin
direktoru Amiran Qamkrelidze isə deyib ki, əhalinin 60%-nə COVİD-19 peyvəndinin
vurulması planlaşdırılır.
Bildirilib ki, vaksinasiya proqramı üçün təxminən 170 milyon
lariyədək büdcənin ayrılması planlaşdırılır.
Qamkrelidze klinik tədqiqatların olmamasına görə, peyvəndin
18 yaşdan aşağı şəxslərə vurulmayacağı da qeyd edib.
Gürcüstanda bəzi mütəxəssislər hökumətin "Pfizer" və
"AstraZeneka" peyvəndlərini gözləməsini tənqid edirlər. Onların sözlərinə
görə, bu peyvəndləri əldə etmək üçün Gürcüstana növbə gec çatacaq, həmçinin
peyvəndləri saxlamaq üçün ölkədə infrastukrtur yoxdur.
Tbilisi şəhər infeksiyon xəstəliklər xəstəxanasının baş
infeksionisti Tengiz Servadze hesab edir ki, Gürcüstanın çox sayda
"Pfizer" vaksinini əldə etməsi çətin olacaq.
"Bu vaksinlər 70 dərəcə soyuq temperaturda
saxlanılmalıdır. Ölkədə isə onların saxlanılmasına imkan verən resurslar
yoxdur", - deyə Servadze vurğulayıb.
Toplum TV
Açıq mənbələrdən
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”