Sosial
Gürcüstanda və Ermənistanda son sutkada yoluxmaların sayı açıqlandı
15 Yanvar, 2021
77
FOTO:  iStock 
 
Gürcüstanda ötən sutkada koronavirusa 1 177 yeni yoluxma faktı təsdiqlənib, 837 nəfər sağalıb, 26 pasiyent isə vəfat edib.

Bu barədə yanvarın 15-də Gürcüstan hökumətinin xüsusi saytında məlumat verilib.

Məlumata görə, ölkədə indiyədək 245 789 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Həmin şəxslərin 229 196-sı sağalıb, 2 893-ü isə dünyasını dəyişib.

Ermənistanda isə son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 396 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

Pandemiya başlayandan bəri Ermənistanda koronavirusa 163 972 yoluxma qeydə alınıb.

Ermənistanda indiyədək COVID-19-dan 2974 nəfər ölüb.
Sosial

Tənha şair - inkarçı Xudayi...

Şəmşad Ağa
5 Mart 2021

Toplum TV

İbrahim Xudayi - bu imza çoxlarına sosial şəbəkələrdən tanışdır. Satirik şeirləri ilə gündəmə gələn şair Salyanda 104 saylı yataqxanada tək-tənha yaşayır.  Bu, təkcə şair yalnızlığı deyil, həm də taleyin ona biçdiyi ömür yoludur. Bəlkə, buna görə həm dünyada, həm də təkotaqlı yataqxana hücrəsində özünü qonaq sayır. Bəlkə, buna görə "İlahi, qapına qonaq gəlmişəm" şeirində belə yazır: - Bir əsrin yükünü bir gündə çəkdim,  Həyata hər kəsdən qabaq gəlmişəm... Onun şeirlərində "Bəlkə, heç Allah da yoxdur" ifadəsi də bu tənhalıqdan doğan yaradıcı bir üsyandır… HAŞİYƏ: Xudiyev İbrahim Xudaverdi oğlu 1990-cı il dekabrın 22-də Salyan şəhərində doğulub.  İbrahimdən  4 il sonra qardaşı...
Sosial

İcra hakimiyyətləri sükut edirlər: 28 sorğuya 4 cavab

Roza Məmmədova
5 Mart 2021

Açıq mənbələrdən

2020-ci il ərzində Azərbaycanda 129 min yeni iş yerləri açılıb, onların 54,9 faizi qeyri-dövlət sektorunun payına düşüb - Dövlət Statistika Komitəsinin (DSK) hesabatında belə deyilir. Hesabata görə, yeni iş yerlərinin 69,3 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 30 faizi digər regionların, o cümlədən 6,6faizi Lənkəran, 6 faizi Gəncə-Qazax, 2,4 faizi Abşeron, 2 faizi Dağlıq Şirvan, 1,5 faizi Şəki-Zaqatala, 1,5 faizi Yuxarı Qarabağ, 1,4 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Hesabatda qeyd olunur ki, yeni açılmış iş yerlərinin 6,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 74,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa...
Seçilmiş Videolar