Sosial

Havalar soyuyur

23 Sentyabr, 2022
155

Açıq mənbələrdən götürülüb

Sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq tədricən ayın 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bir sıra ərazilərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Havaların dəyişməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

FHN gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edib. 
 

Sosial

DİN məktəbdə narkotikli konfetin peyda olmasına aydınlıq gətirib 

4 Oktyabr 2022

Rəsmi səhifə

Paytaxt məktəblərinin birində şagirdlərə konfet kağızına bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan məlumatlar aydınlaşdırılıb.  Bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev sosial media hesabında məlumat yayıb.  Onun sözlərinə görə, qeyd edilən görüntü Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkilib. https://toplum.tv/sosial/mektebde-doyulen-usagin-atasi-polis-ne-doyene-deyir-ne-video-cekene  "Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib.  Daha sonra guya “narkotik”in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalan təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb", - Elşad Hacıyev bildirib.  DİN rəsmisi valideynlərdən sosial şəbəkələrdə...
Sosial

Məktəbdə döyülən uşağın atası: Polis nə döyənə dəyir, nə video çəkənə

Roza Məmmədova
4 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Məktəbdə uşağın döyülməsi ilə bağlı video sosial şəbəkələrdə yayıldıqdan sonra polis araşdırma başlayıb. Lakin döyülən şagirdin atası Namiq Zeynalov araşdırmanın gedişindən narazıdır. “Toplum TV” yə açıqlamasında o bildirib ki, hələlik oğlunu döyən uşağa şifahi töhmət verilib və başqa heç bir tədbir görülməyib. Valideyn bildirib ki, məktəb rəhbərliyi uşağın döyüldüyünü ona xəbər verməyib. O videonu sosial şəbəkələrdə gördükdən sonra xəbər tutub. Sosial şəbəkələrdə Bakıda məktəblərdən birində şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri ötən gün yayılıb. Bundan sonra Bakı Şəhər Təhsil İdarəsi valideynlərdən izahat alındığını, psixoloqların uşaqlarla söhbət apardığını bildirib. https://toplum.tv/sosial/112-sayli-sagirdin-bulinqe-meruz-qaldigi-bildirilir Sabunçu rayon 119 saylı məktəbin direktor əvəzi Lətifə Mustafayevə...

Seçilmiş Videolar

Toplum TV loqo