FOTO: Baş Prokurorluq
Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Prokurorluq orqanlarında yeni təyinat alıb.
Baş Prokurorluğun mətbuat xidmətindən yanvarın 13-də verilən məlumata görə, Baş prokurorun müvafiq əmri ilə sərəncamda olan Ramal Quliyev Quba rayon prokurorunun köməkçisi təyin olunub.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar (APA).