Sosial

Həbsxanalardakı aclıq aksiyasına daha bir dindar qoşuldu

8 İyun, 2022
188

Açıq mənbələrdən götürülüb

"Müsəlman Birliyi" Hərəkatının lideri, həbsdə olan Taleh Bağırzadənin aclıq aksiyasını həbsdə olan daha bir dindar, adı"Gəncə işi" üzrə keçən Firudin Zeynalov dəstəkləyib. 

"Turan" xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

İyunun 3-də Bağırzadənin başladığı aclıq aksiyasına bundan öncə onun yaxın ətrafından Abbas Hüseyn və Cabbar Cabbarov, həmçinin jurnalist Polad Aslanov qoşulub.

Onlar polis idarəsində işgəncələrin tətbiqinə və polis əməkdaşlarının küfür etməsinə etiraz edirlər.

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında saxlanılan iki dindar mayın 23-də keçirdiyi mətbuat konfransında təhlükəsizlik orqanları əməkdaşlarının işgəncə verdiklərini və Allaha küfür etdiklərini bildiriblər.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov "bəzi sosial şəbəkə istifadəçilərinin guya polisin dinimizi təhqir etməsi barədə iddialarını" təkzib edib.

O, həmin "böhtan" məlumatları polisin nüfuzdan salınmasına yönələn şayiələr adlandırıb və bunun əvvəllər də olduğunu deyib.

Zahidovun sözlərinə görə, Azərbaycan polisi bütün dinlərə, o cümlədən "mənsub olduğu müqəddəs dinə" hörmətlə yanaşır.

Sosial

Koronavirusdan ölüm faktı qeydə alınıb

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 5-də verilən məlumata görə, nəticələri pozitiv çıxan 1 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 793 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 465 nəfər müalicə olunaraq sağalıb, hazırda 254 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 403, bu günə qədər isə ümumilikdə 6 974 930 test icra olunub.
Sosial

Sosial yardım ala bilməyən vətəndaş: Aylıq gəlirimiz 60-70 manatdı, necə yaşayaq?

Günel Manaflı
5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Qax rayonunun Tasmalı kənd sakini Məmmədova Gülpəri maddi vəziyyətinin çox ağır olduğunu deyir. 10 ildir ailə həyatı quran G. Məmmədovanın həyat yoldaşı heç yerdə işləmir. Dolanışıqlarını yoldaşının ot satmaqla, odun doğramaqla və mal-qara otarmaqla qazandığı az vəsaitlə təmin edirlər. Biri əkiz olmaqla 4 və 6  yaşlarında üç körpə övladının olduğunu deyən G. Məmmədova sosial yardım almaq üçün aidiyyatı qurumlara müraciət etsə də, müsbət cavab almayıb: “Evimizi zəlzələ olan zaman dövlət tikib. Vəziyyətimizin çətinliyi və sosial yardım almaq istəyimizlə bağlı 1 il yarım əvvəl prezidentə məktub yazdıq. Prezident Administrasiyasından Qax rayon İcra Hakimiyyətinə məktub göndərildi ki, bizim işimizə baxılsın. İcra Hakimiyyəti...

Seçilmiş Videolar

Toplum TV loqo