Sosial

Həkim: “Azərbaycanda Çin vaksininin effektivliyi araşdırılmalıdır”

Roza Məmmədova
24 İyun, 2021
376

WBUR

“Çin vaksininin Azərbaycanda nə dərəcədə effektiv olması ilə bağlı araşdırma aparmaq lazımdır”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “CoronaVac” peyvəndinin effektivliyi haqqında fikirlərə münasibət bildirərkən belə deyir.

Çinin “Sinopharm” və “Sinovac Biotech” şirkətlərinin vaksinlərindən istifadə edən Monqolustan, Bəhreyn, Seyşel adalarında koronavirusa yoluxma sayında artım müşahidə olunur. Halbuki adları çəkilən ölkələr vaksinləmə qabağı vətəndaşlarına “Covidsiz yay” vəd edirdi(https://www.azadliq.org/a/%C3%A7in-vaksini-vurulan-%C3%B6lk%C9%99l%C9%99rd%C9%99-yoluxmalar-art%C4%B1r/31321715.html).

Sözügedən ölkələrdə, o cümlədən Çilidə əhalinin 50-68 faizinin tam peyvənd edildiyi bildirilir. “Nyu York Tayms” (“The New York Times”) qəzetinə açıqlama verən virusoloq Cin Donqyan (Honkonq Universiteti) Çin vaksinlərinin keyfiyyətli olmadığı düşüncəsindədir: “Vaksinlər yetərincə keyfiyyətli olsaydılar, bu mənzərəni görməzdik. Çinlilərin üzərinə bunu düzəltmək məsuliyyəti düşür”.

Thaiger

Azərbaycanda əhalinin peyvəndlənməsi 2021-ci ilin yanvar ayının ortalarından başlayıb, ilkin mərhələdə əhaliyə Çin istehsalı olan “CoronaVac” peyvəndi vurulub, bu günə qədər 3 milyondan çox doza tətbiq edildiyi bildirilir. Ümumilkdə Azərbaycana koronavirus əleyhinə 4 fərqli vaksin gətirilib: “CoronoVac”, “Vaxzevria”, “Spunik V” və “Pfizer”.

“İmunitet yaranmayıbsa, digər vaksinlərdən istifadə etmək zərurəti yaranacaq”

“CoronaVac” Azərbaycanın ilk və ən çox aldığı peyvənddir. Bu, "ənənəvi üsulla” hazırlanmış inaktiv preparatdır. İstehsalçının dediyinə görə, bir çox peyvənd bu texnologiyayla hazırlanır.

“Coronavac” bədənin immun sistemini koronavirusa qarşı möhkəmləndirmək üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək , ciddi əks-təsirə səbəb olmadan işləyir, yəni əsas komponenti canlı olmayan virus hüceyrəsidir, xəstəliyə səbəb ola bilməz, ancaq immunitet reaksiyasını yaradır. Şirkət vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan COVID-19 xəstələrindən nümunələr götürüb.

Hələ yanvar ayında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Azərbaycana COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacağını söyləmişdi. Eyni zamanda, o, Çininin “Sinovac” şirkəti ilə danışıqlar aparıldığını və ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edildiyini açıqlamışdı: “Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. “Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir. Bu vaksin qoruyucudur”.

Adil Qeybulla - Sosial Media

Professor Adil Qeybullanın sözlərinə görə, vaksinasiya olunan əhalinin müəyyən qrupundan antikor testi götürülməlidir: “Əgər peyvəndləmədən sonra imunitet yaranmayıbsa, yəqin ki, digər vaksinlərdən istifadə etmək zərurəti yaranacaq”.

İnfeksionist-hepatoloq Mərdan Əliyev fərqli fikirdədir. O hesab edir ki, vaksin haqqında səsləndirilən tənqidi fikirlər həqiqəti əks etdirmir: “Koronavirus və vaksinlər barədə şaiyələr davam edir. “CoronaVac” digər vaksinlərlə müqayisədə ənənəvi yolla istehsal olunub. Yəni bu vaksin innoaktivləşdirilmiş koronavirusdan ibarətdir. Fikrimcə, onun effekti kifayət qədər sübut olunub. Hələ kütləvi istehsalı başlamamışdan əvvəl Türkiyədə aparılan sınaqda 90%-ə qədər effekt göstərib, bəzi ölkələrdəsə bu göstərici 90%-dən də yuxarı olub. Buna görə də vaksininin effektiv olmaması və antitel əmələ gətirməməsinə dair səsləndirilən fikirlərlə razı deyiləm”.

Növbəti dalğa başlaya bilərmi?

Rəsmi rəqəmlərə görə, Azərbaycanda son aylarda virusa yoluxmada azalma müşahidə olunur. Son bir həftə ərzindəsə gündəlik statistika 60-ı keçməyib. Azalmanı əsas götürən Nazirlər Kabineti yanında Operativ Qərargah may ayından sərt karantin tədbirlərini yumşaltmağa başlayıb: metronun fəaliyyəti bərpa olunub, açıq havada maska taxmaq qadağası ləğv edilib.

Çinin “Sinopharm” vaksininin effektinin 78.1, “SinoVac”-ın isə 51 faiz olduğu bildirilir.

Azərbaycanda iyulun 1-dən etibarən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsin icazə verildi.

Professor Adil Qeybullanın sözlərinə görə, yoluxma sayında azalma müşahidə olunsa da, təhlükə qalmaqdadır. Onun qənaitincə, hələlik Azərbaycanda pandemiyanın bitməsindən söhbət gedə bilməz.

Mərdan Əliyev - Sosial Media 

İnfeksionist Mərdan Əliyev də hesab edir ki, Azərbaycanda pandemiya davam edəcək:

 “Gündəlik yoluxma təxminən 40 nəfər olur. Nəzərə alsaq ki, bizdə yoluxmaların qeyri-rəsmi statistikası rəsmi statistikadan 5 dəfə artıqdır, bu, təhlükənin hələ də sovuşmaması deməkdir. Ona görə də statistikanın mənfiyə doğru dəyişməsi ehtimalı qalmaqdadır”.

Bununla belə, M.Əliyev Azərbaycanda növbəti dalğanın olacağına inanmır:

“Peyvənd olunanların və virusa yoluxanların sayı kifayət qədər yüksəkdir. Elə olur ki, xəstə ağır vəziyyətdə xəstəxanaya gətirilir, amma yoxlama zamanı onda virus aşkar edilmir. Belə hallar kifayət qədərdir. Bu baxımdan virusla təmasda olmayanların (peyvənd edilməyənlərin və iniyədək yoluxmayanların) hesabına müəyyən qədər artım gözlənilir. Ancaq ölkədə növbəti dalğanın başlayacağını düşünmürəm”.

Sosial

Havanın hərarəti yüksələcək

18 Sentyabr 2021

RBK

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.   Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.   Sentyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın...
Sosial

Həftəsonları ictimai nəqliyyata qoyulan qadağa - “Ya qərarın ləğvini əsaslandıra bilmirlər, ya da ki, yaddan çıxıb qalıb”

Vüsalə Mikayıl
17 Sentyabr 2021

Sosial Media

Rahim Qasımov Bakının Binə kəndində yaşayır. O, Sulutəpə qəsəbəsində yerləşən özəl şirkətlərin birində operator kimi çalışır.  Rahim Qasımov deyir ki, həftəsonları işə getmək ona baha başa gəlir: “Adi günlərdə “Koroğlu” metrostansiyasına qədər marşrutla gedirəm. Sonra da metroyla “20 Yanvar”a gedib ordan 1 manatlıq taksiylə işə yollanıram. Amma həftəsonları mən “Koroğlu” metrosuna, ordan da “20 Yanvar”a taksiylə getməyə məcbur oluram. Təsəvvür edin təkcə həftəsonu işə gedə bilməkdən ötrü ayda 60-80 manat xərcim çıxır”. Onun sözlərinə görə, məktəblər açılanda övladlarını da taksi ilə göndərməli olacaq.  “Üç övladım var. Onların hər gün Binə qəsəbəsinə məktəbə getməsi üçün taksi tutmalıyam. Bu xərci hər il...
Seçilmiş Videolar