Sosial

“Həkimləri həbs etməklə səhiyyədəki korrupsiyanın qarşısını almaq çətindir”

Məzahir Abdurahmanov
5 Avqust, 2021
2588

Açıq mənbələrdən götürülüb

"Rüşvətin qarşısını almaq üçün tibb işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılması yolunda addımlar atılmalıdır"

Bunu “Toplum TV”-yə açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev deyib.

Avqustun 4-də Saatlı rayon mərkəzi xəstəxanasının baş həkimi Adəm Əliyev barəsində saxta sənəd hazırlamaq ittihamıyla cinayət işi açılıb. 

Rayon prokurorluğundan bildirilib ki, baş həkim rüşvət almaqla əlillik sənədi düzəldib və müvafiq şəxsə 01.06.2019-cu il tarixindən 31.12.2019-cu il tarixinədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 2 min 976 manat məbləğində pul müavinətinin ödənilməsini təmin edib.

Adəm Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəzifə saxtakarlığında təqsirkar bilinir. 

Azərbaycan Həkimləri İctimai Birliyinin həmtəsisçisi Aydın Əliyev deyir ki, rüşvət alan şəxslərin həbs olunması korrupsiyanın azalmasına müsbət təsir edə bilər, ancaq problemi kökündən həll edə bilməz: “Heç bir rüşvət alana haqq qazandırmıram və düşünürəm ki, işi kökündən həll etmək lazımdır. Məsələn, həkimin aldığı maaş aylıq 5 min manatdırsa və o, rüşvət alırsa, onu həbs etmək yox, hansısa bir "meydanda asmaq" lazımdır. Həkim 300 manat maaş alırsa da, rüşvət götürməməlidir, çünki o, işə düzələndə bilirdi ki, maaşı bu qədərdir”.

Aydın Əliyev - Sosial Media

Həkim hesab edir ki, rüşvətin qarşısını almaq üçün tibb işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılması yolunda addımlar atılmalıdır: “Məsələn, maaşlar qaldırıla bilər və ya gənc mütəxəssislər güzəştli şərtlərlə mənzillə təmin edilə bilər. Gənc həkimlər xaricdə mütəxəssisləşib Azərbaycana işləməyə qayıdanda buradakı nöqsanları, təminatın azlığını görüb geriyə qayıdırlar. Bu çox böyük itkidir”.

İqtisadçı ekspert Azər Mehtiyev isə deyir ki, səhiyyədəki korrupsiyanın ləğv olunması istiqamətində hələlik real addımlar atılmayıb. 

Onun sözlərinə görə, səhiyyədəki korrupsiyanın aradan qaldırılması üçün islahatlara start verilsə də, ortada nəticə yoxdur: "Səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqinə ötən ildən start verilib, proses bu ildən artıq bütün ölkədə həyata keçirilir. Ancaq təəssüf ki, ortada hələ real nəticə yoxdur. Əhalidən vəsaitlərin  toplanmasına baxmayaraq, insanlar öz ciblərindən ödəniş edirlər”.

Azər Mehtiyev - Sosial Media

Ekspert bildirir ki, həkimlər vətəndaşlardan aldıqlarına əslində, rüşvət yox, ödəniş kimi baxırlar: “Həkimin göstərdiyi tibbi xidmətə görə haqqı ödənilmirsə, təbii ki, o, müvafiq xidməti göstərməyəcək. Əgər hökumət səhiyyə pulsuzdur deyib həkimin haqqını ödəmirsə, o da əhalidən rüşvət almağa məcbur qalacaq”. 

Bu həftənin əvvəllində, avqustun 2-də Sabunçu rayonundakı 11 saylı poliklinikada çalışan 3 tibb işçisi vətəndaşlardan 150 manat məbləğində pul alaraq saxta “Covid 19” pasportu vermək üstündə saxlanılıb. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, məsələylə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo