Sosial

Helikopter qəzası - “Qara qutu açılmamış kənar müdaxiləni necə istisna etmək olar?”

2 Dekabr, 2021
1592

Açıq mənbələrdən götürülüb

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızıda yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, 14 nəfər ölüb, iki nəfər yaralanıb.  

DSX rəisi general-polkovnik Elçin Quliyev bildirib ki, helikopter Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq "Qaraheybət" təlim meydanı istiqamətinə uçuş edib, saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Prokurorluğun məlumatına görə, helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur: “Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır”.

Prokurorluqdan bildirilir ki, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun tədqiqi aparılır.

Baş prokuror Kamran Əliyev isə helikopter qəzasını siyasiləşdirməməyi tələb edir: "Heç bir fakta söykənməyən əsassız şayiələr yayılır. Bu kimi şəxslər barədə respublika qanunlarında nəzərdə tutulan ən sərt tədbirlər görüləcək. Bu faciədən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir”.

Bunu da oxu: Bakının tarixə düşdüyü faciəvi gün – “Mən o gün iki balamın meyitini qollarımda daşıyıb çıxardım...”

Qəzaya uğramış helikopterdən sağ çıxan hərbçilər xəstəxanada açıqlama veriblər. “Real TV”yə danışan polkovnik-leytenant Emil Cəfərovun sözlərinə görə, uçuşdan əvvəl heç bir şübhəli məqam olmayıb: “Heç bir məhdudiyyət aşılmamışdı. Helikopterin desant daşıma sayı 24 nəfərdir. Helikopterlərin hamısı təzədir. Hər bir şeyi yoxlanılmışdı. O an mənim üçün saniyələr idi.  Küləklə bağlı heç bir məhdudiyyət aşılmamışdı. Proqnoza görə, külək günortadan sonra olmalı idi”.

Digər yaralı hərbçi, kapitan Ramil Ədilov bildirib ki, helikopter enişə gələndə birdən-birə idarəetmə itirilib: “Hündürdən sürətlə yerə çırpıldıq. Qəza anı saniyələr idi. Mən qışqırdım və bir də ayıldım ki, buradayam. Heç bir kənar müdaxilə olmayıb. Külək də elə çox deyildi. Hər dəfə atış yerinə getdiyimiz poliqon idi. Helikopterin qarantiya müddəti bitmişdi. Təmirdən yeni gəlmişdi”.

“Rəsmi açıqlamalar yetəri qədər dəqiq deyil”

“Toplum TV”-yə danışan hərbi jurnalist Səxavət Məmmədin dediyinə görə, hadisə baş verəndən sonra DSX-nin mətbuat xidməti məlumat yaymaqdan qaçınıb, buna görə də qəzayla bağlı şayiələr çox yayılıb: “Ermənistan və Rusiya mətbuatında helikopter qəzasında şəhid olanların siyahısı açıqlanmışdı, amma bizdə hələ də bir məlumat yox idi. Ola bilər ki, Elçin Quliyev heyətini itirib, gərgindir. Amma prokurorluğun nümayəndələri ki, danışa bilərdi. Onlar məlumatı tezdən verməli idilər ki, bu qədər şayiələr yayılmasın”.

Səxavət Məmməd - Sosial Media

Jurnalistin sözlərinə görə, rəsmi açıqlamalar yetəri qədər dəqiq deyil: “Təzada baxın: Həm deyirlər, "qara qutu"nun açılmasını gözləyək, həm də deyirlər ki, kənar müdaxilə yoxdur. Qara qutu açılmamış kənar müdaxiləni necə istisna etmək olar? Elçin Quliyev deyir ki, təyyarə yeni idi, ancaq təmirdən təzə çıxmışdı. Bu necə olur? Ordakı jurnalistlərin heç biri də bunu aydınlaşdırmağa çalışmadı”.

Helikopter qəzası barədə jurnalistin öz ehtimalları olsa da, hələlik rəsmi cavabları gözləməyin lazım olduğunu deyir: “Burdakı versiyalardan biri havanın küləkli olmasıdır. Həmin istiqamətdə küləyin sürəti 19 km/saat olub. Həmin helikopter sürəti isə 250 km/saatdır. 250-nin qarşılıında 19 heç bir şeydir. Deməli, problem külək deyil. Pilotlar da müsahibəsinə deyir ki, külək yox idi, vertolyot texniki baxımdan nasaz deyildi. Ən son versiya pilotun ehtiyatsızlığı ola bilər”.

S. Məmməd pilotun kim olmasıyla bağlı rəsmi açıqlama olmadığını da vurğulayır:

“Pilotun kim olduğunu yazmırlar. Əgər pilot Füzuli Cavadov idisə, o, ölkədəki ən yaxşı pilotlardan bəlkə də birincisi idi. Xəzərdə neft buruqlarında yanğın baş verən zaman qasırğada Füzuli Cavadov insanları təxliyyə edib. Yəni küləyə bu qədər dayanıqlı bir adam olub. Hadisə eniş zamanı baş veribsə, ola bilər, pilot ya huşunu itirib, ya da ürəyi gedib”.

Yüksək rütbəli hərbçilərin eyni anda helikopterdə olması qanun pozuntusudurmu?

Jurnalistdən fərqli olaraq hərbi ekspert Şair Ramaldanov qəzayla bağlı ilkin versiyalarını söyləməkdən çəkinir. Deyir ki, qəzanın əsl səbəbləri "qara qutu" oxunandan sonra bəlli olacaq: "Ordan gələcək məlumatı gözləyək, ən dəqiq səbəblər ondan sonra bilinəcək. Bu məsələ şəxsən Prezidentin nəzarəti altındadır. Lazım olan ilkin məlumat brifinqdə əhalinin diqqətinə çatdırılıb. Qalan məsələlər barədə isə nəsə söyləmək hələ tezdir".

Bunu da oxu: Əsgərləri Polad Həşimovu necə xatırlayır?

Ekspertin sözlərinə görə, hava şəraiti nəzərə alınmadan uçuş planlaşdırıla bilməz: "Hava şəraiti ilə bağlı həmişə dəqiq məlumat alınır.  Əgər uçuşa təhlükə törədəcək hər hansı bir amil varsa, helikopter göyə qalxmaz. Çünki onun uçması üçün müəyyən mütəxəssislər icazə verirlər, prosedur sənədləşdirilir".

Şair Ramaldanov - Açıq mənbələrdən götürülüb

Ş. Ramaldanov qeyd edir ki, helikopterdəki heyət yüksək vəzifəlilər olmayıb, bu baxımdan da nizamnamə qaydalarını pozan heç nə yoxdur: "Biri polkovnik-leytenant idi, qalanları mayor, kapitan, baş leytenant. Və nəzərə almaq lazımdır ki, helikopterlərdə daha çox rəhbər heyət gedir, əsgərlər yox. Ona görə onların eyni vertolyotda olmaları təəccüb doğurmamalıdır".

Helikopterin texniki xüsusiyyətləri

Rusiya istehsalı olan Mi-17 tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 10 il əvvəl daxil edilib. Helikopter 4 fəaliyyətdə istifadə olunur - sanitar, nəqliyyat, desant daşınma və döyüş tətbiqində. Helikopterin maksimal çəkisi 13 tondur. Mi-17-ni idarə etmək heç də asan olmadığı üçün, bu iş təcrübəli pilotlara həvalə olunur.

Açıq mənbələrdən götürülüb

Mi-17 dünyanın 60-dan çox ölkəsində istifadə olunur. Maksimal sürəti 250 km/saatdır, helikopterə 24 nəfər əyləşə bilir.

Xatırlatma

1995-ci ildən bu yana Azərbaycanda texniki nasazlıq səbəbindən baş verən helikopter və təyyarə qəzalarında 110 nəfər həlak olub. Onlardan 89 nəfəri mülki, 21 nəfəri hərbçidir.

Yüksək rütbəli şəxslərin həlak olduğu başqa bir helikopter qəzası  30 il əvvəl Qarakənd səmasında baş verib. Bu qəzada Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov da olmaqla 22 nəfər həlak olub.

Qarakənd faciəsi ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilsə də, cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb. 2010-ci il noyabrın 20-də Qarakənd faciəsi cinayət işi üzrə istintaq dayandırılıb.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo