Sosial

Hər şeyin təzəsi, sayğacın “köhnəsi”

11 Mart, 2022
936

Açıq mənbələrdən götürülüb

“Bu gün işdə olarkən məndən xəbərsiz smartkart tipli qaz sayğacımı mexaniki sayğacla dəyişdiriblər. Sayğacın isifadə müddəti bitibsə, yeni smart tipli sayğacla əvəzləsinlər. Yoxsa mexaniki sayğacla niyə dəyişməlidir?”

Bunu “Azəriqaz” İstehsalat Birliyinin “Facebook” səhifəsinə Ataş Məmmədov adlı vətəndaş yazıb. Birliyin sosial şəbəkə hesabında bu cür şikayətlər çoxdur.

Son dövrlər elə əhali arasında da sayğacların dəyişdirilməsi ilə bağlı narazılıq edənlər artıb.

“Dekabrın 24-ü mənim icazəm olmadan smartkart tipli qaz sayğacımı köhnə sayğacla dəyişdiriblər. Hesabda 22 manat var idi. 6 yanvarda mənə 28 manat qazpulu yazılan qəbz gətirilib. Bu 10 gün ərzində 50 manat deməkdir”, - Nailə Abbasova adlı Bakı sakini də şikayətçidir.

Şikayətçilərdən biri, Miri Həsən adlı “Facebook” istifadəçisi isə etirazını bu şəkildə bildirib:

““Azəriqaz” xalqı talayır. Mənim iştirakım olmadan smartkart tipli işlək sayğacımı dəyişdirib, mənə borc da yazıblar”.

“Zəhmət olmasa kartla olan sayğacların digərləri ilə əvəz edilməsinə məntiqli bir cavab verərdiniz? Əgər məqsədiniz əhalinin cibinə girib oğurlamaq deyilsə”, - Fateh Rza Keykur yazıb.

“Azərbaycanda ağıllı sayğaclar olmayıb”

Dünya smart tipli qurğulara keçdiyi bir zamanda yenidən mexaniki sayğacların tətbiqi maraq doğurur. Nəzərə alsaq ki, sayğaclar dövlət hesabına yenilənir, onda niyə işlək vəziyyətdə olan sayğaclar dəyişdirilir? Dövlətin buradan qazancı nədir? Sayğacların əhalidən xəbərsiz dəyişdirilməsi qanunidirmi?

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Toplum Tv”-nin suallarına cavab verərkən deyib ki, Azərbaycanda smart tipli sayğacla ümumiyyətlə olmayıb:

“Azərbaycanda ümumiyyətlə smart tipli, ağıllı sayğaclar olmayıb. Smartkart tipli sayğaclar olub. Mexaniki tipli sayğaclar, yəni sonradan ödənişli sayğaclar smartkart tiplilərlə eyni mexanizmə malikdir. Hər ikisi sertifikat almış, təsdiqlənmiş sayğaclardır. Fərq odur ki, birinə pulu öncədən ödəyirsən, digərinə isə sonradan ödəniş edirsən”.

“Mexaniki sayğacların üstün olduğunu görəcəyik”

Eldəniz Vəliyevin fikrincə, əhali olaraq qısa zamanda mexaniki sayğacların smartkart tipli sayğaclardan daha üstün olduğunu görəcəyik:

““Azəriqaz” olaraq biz, çox qısa zamanda mexaniki sayğaclara xüsusi cihazlar yerləşdirəcəyik. Onun da üzərinə şəffaf qutular bərkidiləcək ki, “Azəriqaz”ın əməkdaşları, abonentlər ona müdaxilə etmək imkanına malik olmasın. O cihazlar vasitəsilə onlayn qaydada ödənişlər olunacaq, eyni zamanda sərfiyyatın ölçülməsi, borcların oxunması həmin cihazlarda görünəcək. O halda ağıllı sayğacdan söhbət gedə biləcək. Bizim mexaniki sayğaclara keçməyimizin ən birinci səbəbi budur. Qısa zamanda mexaniki sayğacların smartkart tipli sayğaclardan daha üstün olduğunu görəcəyik”. 

Eldəniz Vəliyev - Açıq mənbələrdən götürülüb

Eldəniz Vəliyev abonentlərdən xəbərsiz sayğacların dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib:

“Biz sms qaydaya keçmişik. Sayğacın istifadə müddəti bitmiş abonentlərə sms göndəririk ki, “Hörmətli abonent, bu ay ərzində sizin sayğacınız dəyişdiriləcək”. Sayğacları dəyişdirəndə abonent o zaman xəbərsiz olur ki, ya evdə olmur, ya da abonent bizim sistemdə qeyd olunan nömrəsini dəyişdirir. Abonent başqa nömrəyə keçəndə bizim xəbərimiz olmur. Ona görə də, məcburi şəkildə, prosesin sürətlə davam etməsi məqsədilə belə hallar nadirən baş verir. Hər bir abonenti fərd olaraq gözləyə bilmərik. Elə vaxt olur ki, abonent bir ay evdə olmur. 1 ay mütəmadi olaraq əməkdaşlarımızı həmin ünvana göndərə bilmirik”.

“Vətəndaşlar məhkəməyə müraciət etməlidir”

Hüquqşünas Yalçın İmanov isə deyir ki, əgər sayğaclar vətəndaşlardan xəbərsiz dəyişdirilirsə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun kobud şəkildə pozulmasıdır:

Yalçın İmanov - Sosial Media

“Qaz sayğaclarının istifadə müddəti qanunvericilikdə 5 il müddətində nəzərdə tutulub. Bu müddət başa çatdıqdan sonra həmin sayğac vətəndaşla qaz idarəsi əməkdaşının iştirakı və istismar aktı ilə birlikdə qaz idarəsi tərəfindən təhvil alınmalıdır. Onun yerinə yeni sayğac quraşdırılmalıdır. Bu qazdan istifadə qaydalarında birmənalı şəkildə öz əksini tapıb. Əgər sayğaclar vətəndaşlardan xəbərsiz dəyişdirilirsə, bu, qanunun kobud şəkildə pozulmasıdır. Belə hadisələr baş verərsə, vətəndaşlar bununla bağlı məhkəməyə müraciət etməlidirlər”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo