Hər yağışda batan Bakı: "Yaxşıdı, üzməyi öyrənirik" - Fotoreportaj
Toplum TV
Hər yağışdan sonra Bakıda eyni mənzərə yaranır - gölməçələr, palçıqlı yollar, tıxac və bütün bunlara meydan oxuyan, ayağı çəkməli, başında sellofan iş-gücə tələsən adamlar.
Sentyabrın 28-də səhər saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Bakının bəzi kəndlərində su basma halları baş verib, gölməçələr yaranıb.
Zabrat kənd sakinlərinin "Toplum TV"-yə dediyinə görə, yağışlı havalarda evdən çıxmamağa çalışırlar. Marketə, işə getmək üçün isə maşını olan qonşulardan yolu keçirməyi xahiş edirlər.
Hər dəfə yağış yağanda eyni mənzərə ilə üzləşən Zabrat sakinləri isə artıq çarəni tapdıqlarını deyirlər. Onlar yağış kəsəndən sonra gölməçələrin suyunu nasosla çəkirlər.
Sakinlər arasında gölməçələrdən razı qalanlar da var. Evlərindən çəkmə ilə çıxıb suda gəzişən azyaşlının dediyinə görə, burda hər yağışdan sonra üzməyi öyrənir: "Yaxşıdı da, üzməyi öyrənirik, hər yağışda gəlib suya kəllə vururam".
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yağışın fəsadları Azərsu ASC və şəhərin kommunal təsərrüfatı xidməti əməkdaşları tərəfindən aradan qaldırılır.
"Şəhərin kommunal xidmətləri tərəfindən birgə əlaqələndirmə, məlumatlandırma və digər zəruri tədbirlər görülür. Eyni zamanda qeyd olunmalıdır ki, intensiv yağış zamanı digər ölkələrdə də oxşar hallar müşahidə olunur", - deyə məlumatda qeyd olunur.
Bakının Məhəmmədi, Digah və Zabrat kəndlərindən hazırladığımız fotoreportajı təqdim edirik:
Açıq mənbələrdən götürülüb
182 ölkə arasında 121-ci – Azərbaycanda internetin sürəti niyə zəifdir?
Açıq mənbələrdən götürülüb