Heyvansevər polis təzyiqindən şikayətlənir: "İntihar həddinə çatdırıblar"
Sosial Media
"Təzyiqlərə baxmayaraq mübarizəmiz davam edəcək".
Polis təzyiqinə məruz qaldığını deyən heyvan hüquqlarının fəal müdafiəçilərindən biri Nicat İsmayılov "Toplum TV"-yə belə söyləyib.
Bir qrup heyvansevər iyulun 15-də "Toplan" sahibsiz itlərə qayğı mərkəzinin önündə aksiya keçirəcəklərini açıqlayıb.
N. İsmayılovun dediyinə görə, bu məlumat yayılandan sonra polislər davamlı olaraq ona zənglər edir, evinə gəlirlər. Onun fikrincə, təzyiqlərin əsas məqsədi sabahkı aksiyaya mane olmaqdır.
"Bakı Şəhər Baş Polis İdarəsi məni dünəndən çağırır. Telefonda deyirlər ki, çağırmaqda məqsədimiz bu məsələləri həll etməkdir. Mən bu nağılları iki ildir, eşidirəm. İctimai Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qocayev bu yalanları bir dəfə də danışıb. Bundan əvvəl Fəvvarələr meydanındakı aksiyadan 3 saat qabaq evdə oturduğum vaxt götürüb aparmışdılar, aksiya tamam bitəndən sonra da buraxmışdılar".
Heyvansevər, polislərin onu intihar həddinə çatdırdığını deyir. O həmçinin qeyd edir ki, polislər onu tapmasınlar deyə, 2 gündür ki, evdən kənarda qalır: "İstəyirlər ki, mən sabah o aksiyaya çıxmayım. Tutulmasam, yerimi tapmasalar, sabahkı aksiyada iştirak edəcəm. Sabah saat 2-də "Toplan"ın qabağında olacağıq və etirazları hər həftə davam etdirəcəyik".
N. İsmayılov söyləyir ki, bu etirazlara həqiqətən də ehtiyac var: "Avropanı demirəm, Qafqazın heç bir ölkəsində sahibiz itlərə qarşı bu cür amansızlıq yoxdur. Başda da korrupsiya dayanır, yəni bu qurumun Heydər Əliyev fondundan yeyintiləri. Onlara ayrılan milyonlara vəsaiti yeyiblər, ona görə də itləri sivil üsulla yox, bu şəkildə öldürürlər. İtləri əslində qısırlaşdırıb, peyvəndlərini vurub yenidən küçəyə buraxmalıdırlar, amma onlar itləri yoxa çıxarırlar".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə məsələyə belə münasibət bildirib: "Karantin rejimi dövründə Şəhər İcra Hakimyyəti ilə razılaşdırılmamış hər hansı bir aksiyanın keçirilməsi yol verilməzdir".
açıq mənbədən götürülüb
Wikipedia
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?