Bu gün bir qrup heyvansevər "Fəvvarələr" meydanında sahibsiz itlərin kütləvi şəkildə öldürülməsinə etiraz olaraq aksiya keçirib.
Etiraz aksiyasından əvvəl təşkilatçılar bəyanatla çıxış ediblər.
Bəyanatda deyilir:
"İllərdir ki, ölkəmizdə evsiz itlər probleminə qarşı yanlış və qeyri-etik yollarla mübarizə aparıldığına şahid oluruq. Yerli icra hakimiyyəti orqanları və "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi adlı qurum tərəfindən küçələrdəki itlər amansızlıqla öldürülür. Edilən bütün etirazlara baxmayaraq, icra hakimiyyəti orqanları məsuliyyətə cəlb edilmir və "Toplan"ın fəaliyyətinin qarşısı alınmır.
Biz, Azərbaycan Respublikasının vətəndaşları olaraq, ölkəmizdə yaşayan evsiz itlərin sistematik şəkildə məruz qaldığı qətliamdan narahatlıq duyuruq və heyvanlara qarşı baş verən zorakılığın dayandırılmasını tələb edirik.
Azərbaycan Respublikasının 2007-ci ildə qoşulduğu Ev Heyvanlarının Mühafizəsi haqqında Avropa Konvensiyasının tələblərinin həyata keçirilməsini, İXM-in 297-ci maddəsinin tətbiq olunmasını və itləri güllələyərək qətlə yetirən, həmçinin də onlara müvafiq tapşırığı verən şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edirik.
Hal-hazırda ölkəmizdə heyvanlar arasında quduzluq epidemiyası aktual olmadığı halda evsiz itlərin qətliamına bəraət qazandırmaq üçün irəli sürülən “quduz və xəstə itlər” bəyanını rədd edir, öldürülən itlərin heç birinin quduzluq diaqnozu olmadığını nəzərinizə çatdırırıq".
Heyvansevərlərin etiraz aksiyasına polis müdaxilə edib. Aksiya iştirakçısı olan Zəhra Kələndərli, Kamran Məmmədli, Elxan Mirzəyev, Nicat İsmayılov və daha bir nəfərin polis bölməsinə aparıldığı bildirilib.
Etiraz aksiyasından fotoları təqdim edirik:
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media