Sosial

Heyvansevərlərin “Küçələrin səsi” aksiyası

3 Dekabr, 2018
2102
"Sahibsiz heyvanların küçələrdə ac-susuz qalması, əksər insanlar tərəfindən işgəncəyə məruz qalması bizi bu layihəni gerçəkləşdirməyə sövq etdi”.

"Küçələrin səsi” layihəsinin yaradıcısı Şölə Bağırova Toplum.Tv-yə belə deyir.  

Layihənin məqsədi atılmış, yaralı küçə itlərininin qorunması, müalicə etdirilməsi və sahibləndirilməsidir.

Azərbaycan beynəlxalq konvensiyaya qoşulub.

Son zamanlar sosial şəbəkələrdə sahibsiz heyvanlarla bağlı keçirilən aksiyalara, layihələrə tez-tez rast gəlmək olur. 

Elə heyvansevərlərin sayəsində sahibsiz heyvanlara qarşı münasibət də dəyişməyə başlayıb. 

Azərbaycan 2007-ci ildən heyvanlara humanist münasibəti tələb edən "Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasına qoşulub. 

Bu sənədin tələblərinə görə, heyvanların sayına humanist üsullarla nəzarət edilməlidir. 

Azərbaycanda "Bakı-2015” Avropa Oyunları qabağı küçə itlərinin yandırılmasının iddia olunduğu videoların yayılmasından sonra, Ümumdünya Heyvanları Müdafiə Təşkilatı Azərbaycan hakimiyyətini "bu qəddarlığa son qoymağa” çağırıb. 

Elə o vaxtdan da bu mövzular həssaslaşıb. Ancaq hələ də küçələrdə sahibsiz itlərin baxımsız və ac-susuz qaldıqları deyilir.

"Heç bir qurum köməklik göstərmir”

Şölə Bağırovanın sözlərinə görə, aksiyalar zamanı xeyli yaralı, ac və susuz itlərlə rastlaşırlar: "Dəri xəstəliyi olan, ayağı sınmış, yaxud da acından ölmək üzrə itlərin sayı kifayət qədərdir. Yaralı olan itləri klinikalara göndərib müalicə etdiririk. Daha sonra bəzi itləri sahibləndiririk”. 

Layihə rəhbəri təəssüflənir ki, bu işdə heç bir qurum tərəfindən köməklik göstərilmir: "Bütün lazım olan  vəsaitləri öz hesabımıza alırıq. Düşünürəm ki, maddi cəhətdən bizə dəstək olunsa, daha çox sahibsiz heyvanlara kömək edə bilərik”.

"Aksiyalara yeni qoşulanlar az deyil"

Sosial şəbəkələr vasitəsilə təşkil olunan aksiyalarda xeyli heyvansevər iştirak edir. Onlar Balaxanı, Suraxanı, Zabrat və s kimi sahibsiz heyvanların daha çox olduğu ərazilərə üz tuturlar. Elə növbəti səfərlərdən biri də məhz həmin ərazilərə idi. 

Şölə Bağırova deyir ki, son aksiyalarda 70-ə yaxın insan iştirak edib: "Onların arasında sosial şəbəkələr vasitəsilə yeni qoşulanların sayı da az deyil". 

Bakıda könüllü heyvansevərlərin təşkil etdiyi sığınacaqlar da var. Bundan başqa, klinika fəaliyyət göstərir. Sosial şəbəkələr vasitəsilə insanları aksiyalara cəlb etmək, maarifləndirmək mümkün olur. Amma bölgələrdə bununla bağlı hansısa işlərin görülməsinə dair hər hansı məlumat yoxdur. 

Görünür, elə bu səbəbdəndir ki, heyvanların öldürülməsi, işgəncəyə məruz qalması ilə bağlı xəbərlər də rayonlardan gəlir. Məsələn, bu ilin əvvəlində mətbuatda Qubada küçə itlərinin öldürülməsi ilə bağlı məlumatlar yer alırdı. 

Gözlənilir ki, heyvanlarla bağlı növbəti aksiyalar bir sıra bölgələri də əhatə etsin.   

Sevinc Ağazadə
Lalə Möhsümova
Türkan Məmmədli
Aytac Məmmədova
Mübariz Əhmədov

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo