Sosial

Hökumət vaksinləri hansı vəsaitlə alır?

16 Yanvar, 2021
144
 
FOTO: BBC 
 
Vaksinlər Koronavirusla Mübarizəyə Dəstək Fondunda toplanmış vəsaitlər hesabına alınacaq.
 
Bunu Operativ Qərargahın yanvarın 16-da keçirilmiş mətbuat konfransında Səhiyyə Nazirliyinin şöbə müdiri Teymur Musayev deyib. 
 
O, vaksinasiyaya dair digər tədbirlərin Azərbaycanın dövlət büdcəsinin və digər maliyyə mənbələrin hesabına həyata keçiriləcəyi qeyd edib. 
 
Rəsmilər ölkəyə gətirilən vaksinlərin  dəqiq sayı barədə açıqlama verməyiblər. Amma vaksinlərin mərhələli şəkildə gətirilməsi prosesinin davam etdiriləcəyi bildirilib. 
 
Sosial

Mübariz Mənsimov həbsdən azad edilir?

3 Mart 2021

BBC

Mübariz Mənsimovun həbsdən buraxılması haqqında Türkiyə Prokurorluğu  təqdimat verib. Təqdimatda M.Mənsimovun ölkədən çıxışına qadağa qoyulması tələbi irəli sürülüb. Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov həbsdən buraxıla bilər. İstanbul prokurorluğu onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, polis nəzarətində olmaqla, azadlığa buraxılması haqda təqdimat verib. Prokurorluğun təqdimatında göstərilib ki, məhkəmə prosesinin gəldiyi mərhələni, verilən ittiham üzrə nəzərdə tutulan cəzanı, həbsdə olduğu müddəti, bundan əvvəl cinayətə görə şübhəli və ya təqsirləndirilən şəxs olmamasını nəzərə alaraq, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məqsədəuyğun hesab edilir. Prokurorluq təqdimatda həmçinin Mübariz Mənsimovun həbsdən buraxılacağı təqdirdə, onun ölkədən və müəyyən edilmiş ərazidən çıxışına qadağa...
Sosial

Müharibədən zərərçəkmiş şəxs: “Pul ayrılıb, amma İcra Hakimiyyəti vermir”

Nigar Səmədli
3 Mart 2021

Sosial media

“Müharibə zamanı evimiz atışmalar nəticəsində zərər görüb, pəncərələrə sellofan çəkib 2 otağına yığışmışıq. Hələ bir köməklik görməmişik". Bunu “Toplum TV”-yə Tərtərin Qaradağlı kəndinin sakini Tural Əliyev deyib. Tural Əliyev II Qarabağ müharibəsində əmlakı ziyan görmüş vətəndaşlardandır. O deyir ki, müharibədən sonra evlərinə bir dəfə baxış keçirilsə də, heç bir yardım edilməyib: "Kəndə nə qədər yardım paylanıb, amma bizə heç nə verilməyib. Bu haqsızlıqdır. Biz də burda yaşayırıq, müharibədən zərər görmüşük. Daha bir neçə ailə bizimlə eyni vəziyyətdədir”. Tural Əliyevin sözlərinə görə, 2016-cı ildəki Aprel döyüşlərində də mal-qarasına ziyan dəyib: “O vaxt 5 inəyim tələf oldu. Oonların da pulunu ala bilmədim....
Seçilmiş Videolar