Açıq mənbələrdən götürülüb
Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanılıb.
Bu barədə iyulun 22-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, görüntülər sosial şəbəkələrdə yayılandan sonra polis tərəfindən dərhal araşdırma aparılıb və videonun müəllifinin Əmrah Məhərrəmov olması müəyyən edilərək saxlanılıb.
Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib.
Məhkəmənin qərarı ilə o, inzibati qaydada 20 sutka həbs edilib.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb