Sosial
Hüquqşünas: “Universitetin verdiyi qərar adekvat deyil”
27 Noyabr, 2020
Baxış: 869
Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Pərviz Məhəmmədovu universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə təhsil müəssisəsindən qovulduğu bildirilir. 

Bu barədə Uuniversitetin rəsmi "Feysbuk” səhifəsində məlumat verilib. 

Məlumatda tələbəyə və valideyninə qaydalara əməl etmənin vacibliyinin bir neçə dəfə izah olunduğu deyilir. Amma Pərviz Məhəmmədovun noyabrın 23-də tədris prosesi zamanı yenidən universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğu, dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etdiyi qeyd olunur. 

Universitet bildirir ki, "Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun 11-ci maddəsinə görə bayrağın bu qanunun tələblərinə zidd istifadəsi, habelə bayraq barədə təhqiredici hərəkətlər  məsuliyyətə səbəb olur. Buna görə də tələbə Pərviz Məhəmmədovun universitetdən xaric edilib. 

Eyni zamanda sosial şəbəkələrdə tələbənin atası Əlipənah Məhəmmədovun  Qarabağ qazisi olması ilə bağlı yanlış informasiya yayıldığı da ayrıca vurğulanır.

Hüquqşünas Ələsgər Məmmədli universitetin bu addımının hüquqi və etik tərəfinin olmadığını söyləyir. 

Onun fikrincə, tələbənin təhsil hüququ hansısa bu tip məsələyə görə dərhal əlindən alınmamalıdır: "Əvvəla, şəxsin bayrağı başından uca tutması təhqir sayılmaya da bilər, çünki Qarabağın azad olunmasını küçədə qeyd edən onlarla gənc gördük ki, onların içində bayraqları kürəklərinə, başlarına atanlar var idi. Bu məsələdə şəxsin niyyəti çox önəmlidir. Hərəkət təhqir niyyətiylə, yoxsa qələbə eyforiyasıylamı edilib? Bunu araşdırmadan birbaşa nəticəyə gəlib belə bir qərar vermək yanlışdır”.

Hüquqşünas ikinci bir məqama diqqət çəkir, o, unversitetin bayrağı təhqir etməklə bağlı konkret norması olub-olmadığına aydınlıq gətirilməsini istəyir: "Nə təhqir sayılır və bundan sonra hansı tədbirlər görülür? Yəni bu tədbir töhmət də ola bilər, xəbərdarlıq da”. 

Ə.Məmmdəli yayılan videodakı hərəkətin təhqir sayılıb-sayılmadığının hüquqda  mübahisə yaradacaq məsələ olduğunu, bu mənada universitetin adekvat qərar vermədiyini deyir. 

"Çünki məqsəd nədir, bir insanı təhsildən uzaqlaşdırmaqla cəmiyyətə faydalı olmaq, yoxsa onu yenidən cəmiyyətə qazandırmaq? Bu baxımdan verilən qərar şəxsin təhsil hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasıdır”, – Ə.Məmmədli belə söyləyir.

Vəkil Aqil Layıc da "Feysbuk”da şəxsi profilindən bu məsələ ilə bağlı paylaşım edib. 

O, bir neçə ölkənin cəza siyasəti ilə yerində tanış olduğunu, adamları islah etmək üçün həbsxanaların universitetlərlə müqaviləyə əsasən tədris təşkil etdiyini, onlara diplom verərək cəmiyyətə qazandırdıqlarını yazır. 

Vəkilin qənaətincə, cəza siyasəti qarşıya qoyulan məqsədə xidmət etməlidir. 

"Tələbənin adi bir uşaq şıltaqlığına görə universitetdən qovulması, elə ilk öncə dövlət maraqlarına ziddir. Bu ölkə bizimdir, hər bir fərdi də bizimdir. İnsanları təhsildən ayırmayın, onları kriminallaşdırmayın, onları küsdürməyin. Ölkənin rəsmi qurumlarından xahiş edirəm, məsələni nəzarətə götürüb, tələbəni cəmiyyətə qaytarasınız”, – A.Layıc yazır.

BDU-nun qərarı sosial mediada birmənalı qarşılanmayıb. 

Hələlik universitet rəhbərliyi bu tənqidlərə münasibət bildirməyib. 

Nigar Səmədli
Toplum.Tv

Sosial

Prezident  Şuşaya xüsusi nümayəndə təyin etdi

27 Yanvar 2021

MediaPost

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndənin təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə yanvarın 27-də Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncama görə, Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.
Sosial

Müharibədə ziyan görmüş rayon və şəhərlərdə bərpa işlərinə başlanıldı

27 Yanvar 2021

Press Klub

"Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində bir çox vətəndaşlara, dövlət əmlakına, infrastruktur və sahibkarlıq obyektlərinə xeyli sayda ziyan dəyib. Bu ziyanın aradan qaldırılması və qiymətləndirilməsi üçün Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixində imzaladığı sərəncamla Dövlət Komissiyası yaradılıb”. Bunu yanvarın 27-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib. O bildirib ki, Dövlət Komissiyası nəzdində 11 rayon üzrə 13 İşçi Qrup formalaşdırılıb: “Hər bir İşçi Qrupun tərkibində həmkar qurumların nümayəndələri ilə birlikdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də nümayəndələri təmsil olunub. Qısa müddət ərzində dövlət komissiyası tərəfindən 11 şəhər və rayon ərazisində 10000-dən...
Seçilmiş Videolar