Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndənin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə yanvarın 27-də Prezidentin rəsmi saytı məlumat yayıb.
Sərəncama görə, Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.
"Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində bir çox vətəndaşlara, dövlət əmlakına, infrastruktur və sahibkarlıq obyektlərinə xeyli sayda ziyan dəyib. Bu ziyanın aradan qaldırılması və qiymətləndirilməsi üçün Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixində imzaladığı sərəncamla Dövlət Komissiyası yaradılıb”.
Bunu yanvarın 27-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
O bildirib ki, Dövlət Komissiyası nəzdində 11 rayon üzrə 13 İşçi Qrup formalaşdırılıb:
“Hər bir İşçi Qrupun tərkibində həmkar qurumların nümayəndələri ilə birlikdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də nümayəndələri təmsil olunub. Qısa müddət ərzində dövlət komissiyası tərəfindən 11 şəhər və rayon ərazisində 10000-dən...