Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru vəzifəsindən azad edilən İbrahim Cəfərov Toplum TV-nin suallarını cavablandırıb.
O bildirib ki, universitetdə müəllim kimi işinə davam edəcək: "Bu qərar müzakirə olunmur. Cənab prezidentin sərəncamı var. Buna uyğun təyin olunur və işdən çıxarılır. Mən cənab prezidentin əsgəriyəm, harada desə, orada da durası adamam. Elm adamıyam, tələbələrə sənətimi öyrədəcəyəm. Mənim üçün heç bir problem yoxdur. Professional adamam, istər rektor olduğum dönəmdə, istərsə də indi. 67 yaşım var, yaşım da gəlib çatım. Ona görə də problem yoxdur".
13:51
İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib.
Bu barədə sentyabrın 6-da, Prezident İlham Əliyev sərəncam imzalayıb.
İ.Cəfərovun yerinə hələlik yeni təyinat edilməyib.
1956-cı il təvəllüdlü İ.Cəfərov kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvüdür. O, 2013-cü ildə universitetə rektor təyin olunmuşdu.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür