Sosial

İllərdir xərçəng diaqnozuyla yanlış müalicə alan xəstə: “Onkologiya Mərkəzi adamları soymaqla məşğuldur”

29 Noyabr, 2021
5731

Rəsmi səhifə

Azərbaycanda onkoloji xəstələrin sayı ilbəil artır, bunu Dövlət Statistika Komitəsinin rəqəmləri də təsdiqləyir.

2018-ci ildə tibb müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı 48 min 685, 2019-cu ildə 52 min 718 idisə, 2020-ci ildə bu rəqəm 54 min 403-ə yüksəlib.

Rəsmi məlumata görə, 40 yaşdan sonra xərçəng xəstəliyinin yaranması riski 10 dəfədən çox artır. Həmçinin qadınlarda 60 yaşadək, kişilərdə isə 60 yaşdan sonra xərçəng yaranır.

Ölkədə onkoloji xəstələrin müalicəsini əsasən Milli Onkologiya Mərkəzi həyata keçirir. Lakin bir sıra hallarda xəstələr müalicə üçün Türkiyə, İran və s. kimi qonşu ölkələrə üz tutur. 

“Onkologiya Mərkəzi adamları soymaqla məşğuldur, şiş olmasa belə pul xatirinə necə gəldi diaqnoz qoyurlar”

Gülzadə Xəlilova danışır ki, 2012-ci ildə Milli Onkologiya Mərkəzinə müraciət edib, bu vaxt ona yumurtalıqların xərçəngi diaqnozu qoyulub.

Bunu da oxu: Kəbin qurbanı qadınlar - “Mollaların tək məqsədi pul qazanmaqdır”

O, bu müddət ərzində 6 kimyaterapiya, 45 şüa qəbul etdiyini, ancaq müalicənin onun xəstəliyinə yaxşı təsir etmədiyini, əksinə vəziyyətini daha da pisləşdirdiyini deyir.

“Şüa qəbul etdikdən sonra bütün mədə, bağırsaq sistemim sıradan çıxdı, indi kisə ilə gəzirəm. Evdən çölə çıxa, hərəkət edə bilmirəm”.

Azərbaycandakı həkimlərdən əlini üzən qadın bu dəfə Türkiyəyə üz tutub. Ora gedəndən sonra öyrənib ki, sən demə, illərdir, yalnış müalicə alırmış, heç vaxt yumurtalıqlarında bədxassəli şiş olmayıb.

Bu günə qədər həm Azərbaycanda, həm də Türkiyədə əməliyyat olunduğunu söyləyən G.Xəlilova deyir ki, girdiyi bütün əməliyyatlar faydasız olub. Qadın ömrünün sonuna qədər kisə ilə gəzməyə məhkumdur.

İlbəil artan xərçəng

Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2020-ci ildə 11 min 595 nəfərə bədxassəli şiş diaqnozu qoyulub. Onlardan 1960 nəfəri süd vəzi, 1301 nəfəri mədə, 1225 nəfəri isə traxeya, bronx, ağciyər xərçəngindən əziyyət çəkir.

Baş onkoloq Azad Kərimli onkoloji xəstəliyin artmasını əhalinin sayının çoxalması ilə əlaqələndirir. 

Azad Kərimli – AzərTac 

Onkoloq həmçinin qeyd edir ki, bu gün onkoloji xəstələrin aşkarlanmasında vəziyyət çox yaxşıdır, 2016-ci ildə 17 166 nəfər 5 və 5 ildən artıq yaşayanlar idisə, 2020-ci ildə bu göstərici 19 766 nəfər olub. Ümumi ölüm göstəricilərinə gəlincə, 75 min ölüm hadisəsi qeydə alınıb, onkoloji xəstəliklərdən ölüm cəmi 6 faiz olub.

“Türkiyəli həkimlə danışmasaydım...”

22 yaşlı Aytac Əliyeva deyir ki, bir il əvvəl sinəsində şişkinlik hiss edərək 1 saylı Respublika Xəstəxanasına yoxlanış üçün müraciət edib: “20 manat verib rentgen müayinəsindən keçdikdən sonra Sevinc adlı həkim sağ və sol döşümdə 2 xoşxassəli şiş olduğunu dedi. Amma məni arxayın saldı ki, narahat olmayım, evlənəndə keçib gedəcək”.

Aytacın sözlərinə görə, 3-4 ay sonra döşündə ağrılar hiss etdiyindən bu dəfə tanış məsləhəti ilə Tibb Universitetinin Onkologiya şöbəsinə müraciət edib.

“Həkim yoxlayanda məlum oldu ki, sən demə, sinəmdə 2 deyil, 5 şiş varmış. Bunu deyən həkim elə uzandığım masadaca məni əməliyyata hazırlamağa başladı və söylədi ki, şiş çox böyük və interaktivdir. Əgər 3 sm-dən böyük ölçüdədirsə, deməli, biopsiya (xəstəliyə dəqiq diaqnoz qoymaq üçün hüceyrədən analiz götürülməsi - red) olunmadan əməliyyat edilməliyəm”.

Yerli həkimlərdən tutarlı cavab ala bilməyən Aytac Türkiyədəki onkoloqlara müraciət edib, dediyinə görə, biopsiyadan sonra əməliyyata ehtiyac olmadığını öyrənib: “Öyrəndim ki, bədənim şiş yaratmağa meyillidir. Əgər azərbaycanlı həkimlərin dediyi kimi əməliyyat olunsaydım, təkrar şiş yaranacaqdı. Bu məntiqlə, mən 3-4 ildən bir əməliyyata girməli olacaqdım. Onu da öyrəndim ki, əməliyyat tək çarə deyil, xoşxassəli şişləri yandırmaq yoluyla, əməliyyatsız da müalicə etmək olurmuş”.

“Azərbaycanda milli onkoloji sistem qorxu və təhdid üzərində qurulub”

Türkiyəli onkoloq cərrah Hamdi Koçər Azərbaycanda olarkən Milli Onkologiya Mərkəzini tənqid etmişdi. O, xəstəxana həkimlərini müalicəsi mümkün olan xəstələri pula görə əməliyyat etməkdə suçlamışdı. Bundan sonra onkoloqla Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzi arasında qalmaqal yaşanmış, H. Koçər Azərbaycandan qovulmuşdu.

Hamdi Koçer - Açıq mənbələrdən götürülüb

Müsahibələrinin birində o, azərbaycanlı həkimləri müalicə işini düzgün aparmamaqda təqsirləndirir. Həkimin dediyinə görə, Azərbaycanda onkoloqlar xəstəni sağaltmağı deyil, daha çox dərman satmağı vacib bilir. 

H. Koçər iddia edir ki, ölkədə patoloji mütəxəssislər olmadığından  xəstələrə yalandan xərçəng diaqnozu qoyulur və dəqiqləşdirmə aparmadan əməliyat edilir.

Həkim ölkədəki onkoloji sistemin qorxu və təhdid üzərində qurulduğunu söyləyir: “Həkimlər qorxudur ki, filan dərmanı almasan xərçəng olacaqsan. Cavan-cavan qızları kista deyib əməliyyat edirlər. Xəstəni aldadırlar ki, kistanı çıxarmasaq xərçəngə çevriləcək. Aybaşı ağrısı olan qadına xərçəng diaqnozu qoyub uşaqlığını çıxarırlar. Neçə azyaşlı qız gördüm ki, süd vəzisi inkişaf etmədən fibroadenomları götürüblər. Azərbaycanda onkologiyanın durumu çox ağırdır. Amma yardım etmək istəyənlərə də imkan vermirlər, ölkədən qovurlar”.

“Xarici həkimlər Azərbaycana onkologiyanı öyrənməyə gəlirlər”

Əvvəllər Milli Onkologiya Mərkəzində işləyən Ümman Abbasaova isə fərqli düşünür, o, Mərkəzin fəaliyyətini yetərli hesab edir: “Onkologiya Mərkəzində olan aparatlar Rusiyada, İranda belə yoxdur. Müşahidələrim əsasında deyə bilərəm ki, bir sıra hallarda türk mütəxəsisləri də Azərbaycana təcrübə keçmək üçün gəlirlər”.

Həkim xəstələrin xaricdə müalicəyə üz tutmasına isə belə münasibət bildirir: “İnsandır da xəstələnir, fikirləşir ki, İrana, Türkiyəyə getsə sağalacaq”. 

Ü. Abbasova yerli həkimlərin dəqiq diaqnoz qoyulmadan əməliyyat etmələri iddiasını qəbul etmir. Onun qənaətincə, onkoloji sktruktur ölkədə kifayət qədər yaxşı inkişaf edib. Mütəxəssis əməliyyatların artmasını həkimlərin xəstəliyi ilkin mərhələdə aşkarlaya bilməsi ilə izah edir.

“Şişin 4 mərhələsi var. Əgər xəstəyə cərrahi əməliyyat təklif olunursa, bu o deməkdir ki, xəstə ilkin mərhələdə müraciət edib. Yalnız ilkin mərhələdə əməliyyat mümkündür. Gecikmiş vəziyyətdə xəstəni ümumiyyətlə əməliyyat etmək olmaz, bu halda o qanaxmadan ölə də bilər”.

Bunu da oxu: Bir ildir əllilik dərəcəsi ala bilməyən qazi: “Məni süründürürlər”

Amma Ümman Abbasovanın da problem saydığı məsələlər var.  Onun sözlərinə görə,  bu sahədə əsas problem əməliyyatları ümumi cərrahların etməsidir: “Onkoloji xəstələrin əməliyyatı tamamilə başqa metodlarla aparılır. Ümumi cərrahlar xəstələri bədbəxt edirlər, sonra da deyirlər ki, vəziyyət niyə belədir?”

“Toplum TV” bununla bağlı Səhiyyə Nazirliyindən münasibət öyrənə bilməyib. Amma nazirlik rəsmiləri onkoloji sahənin inkişaf etdiyini söyləyirlər.

Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevsə bildirib ki, ölkədə onkoloji xidmətin fəaliyyəti yüksək səviyyəyədədir. Direktor hesab edir ki, bu inkişaf  tibb işçilərinin gərgin əməyi və dövlətin daimi qayğısı sayəsində mümkün olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo