Sosial

İnanclı fəala hökm oxundu

7 İyun, 2022
886

Açıq mənbələrdən götürülüb

İyunun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində inanclı fəal Fəqan Məmmədova hökm oxunub. 

 Narkotik ittihamıyla mühakimə olunan F.Məmmədov məhkəmənin hökmüylə 6 il müddətinə azadlıqdan məhrum edilib.  

İttihamda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Fəqan Məmmədovu ötən il sentyabrın 2-də saxlayarkən üzərindən 4 bükümdə 8 qram metamfetamin (“şüşə”, “patı”) tapdığı iddia olunur. Məhkəmə hesab edib ki, Fəqan Məmmədova qarşı irəli sürülmüş narkotik ittihamı məhkəmə istintaqı yoluyla sübuta yetirilib. 

İyunun 1-də prokuror Fəqan Məmmədova 7 il həbs cəzası istəmişdi. Vəkil Fariz Namazlı isə məhkəmə çıxışında ittihamın əsassız olduğunu bildirmiş, hakimdən bəraət hökmü çıxarılmasını istəmişdi. Vəkil bildirmişdi ki, bu iş üzrə istintaqda çoxsaylı qanun pozuntularına yol verilib. Onun sözlərinə görə, Fəqan Məmmədovun üzərinə baxış saxlandığı yerdə yox, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində keçirilib. Vəkil Fəqan Məmmədovun narkotiklə bağlı etirafedici ifadəni də həmin idarədə işgəncələr altında verdiyini demişdi. 

Fəqan Məmmədov özü də aprel ayından keçirilən məhkəməsində narkotiklə şərləndiyini, işgəncələrə məruz qaldığını bildirmişdi. İyunun 1-də keçirilən məhkəmə iclasında söyləmişdi ki, mayın 28-də Bakı İstintaq Təcridxanasına gələn və  özünü DTX əməkdaşı kimi təqdim edən şəxs onu hədələyib, susmasa ailə üzvlərini, qardaşını həbs edəcəklərini deyib: “Əslində, məni yox, İmam Hüseyn məktəbini şərləyib bu sistem... Bu, mənim şəxsimə deyil, eyni zamanda, İslama olan haqsızlıqdı”.   

Gəncə sakinləri Fəqan Məmmədov, Arif Cəfərov və Amin Kərimli 2 sentyabr 2021-ci ildə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 234.3.4-cü  (külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrin əldə edilməsi, hazırlanması, daşınması, satılması) maddəsi ilə təqsirləndirilib.

Onların hər üçü həbslərini sifarişli adlandırıb. Gənclər məhkəmə ifadələrində bildiriblər ki, Bakıdan Gəncəyə üzərində “Ya Hüseyn” yazılmış köynəklərin gətirdilməsinə görə hakimiyyətin “qəzəbinə tuş gəliblər”. 

Hazırda Arif Cəfərovun da məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. Amin Kərimlinin məhkəməsi isə Gəncə Agir Cinayətlər Məhkəməsində davam edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

30 Mart 2023

Açıq mənbələrdən götürülüb

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Toplum TV xəbər verir ki, bununla bağlı martın 30-da Prezident İlham Əliyev Fərman imzalayıb. https://toplum.tv/multimedia/psaatlida-etiraz-varlilar-yasayir-kasiblar-qirilirp Prezidentin fərmanıyla “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti də əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib. Öz növbəsində Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.  Bundan əvvəl Zaur Mikayılov "Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib. 2001–2009-cu illər ərzində "Bakcell" MMC-də baş kommersiya inzibatçısı kimi...
Sosial

Deputat Fazil Mustafa sui-qəsdə məruz qalıb

28 Mart 2023

Açıq mənbələrdən götürülüb

Milli Məclisin deputatına avtomatla atəş açılıb.   Toplum TV xəbər verir ki, baş vermiş silahlı hücum nəticəsində Fazil Mustafanın yaralandığı bildirilir. Deputatın yaxınlarından biri "Musavat.com"-a açıqlama verib ki, deputat evə gələn zaman öz maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan onun üzərinə atəş açılıb.  "Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib", - deyə məlumatda qeyd olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

Seçilmiş Videolar

Toplum TV loqo