Sosial
İnternet məhdudlaşdırlmasının qurbanları
30 Sentyabr, 2020
457
Günel Gözəlova: "Dəyən zərərin ödənilməsi ilə bağlı nazirliyin heç bir qərarı yoxdur”
 
Hərbi əməliyyatlarla bağlı Azərbaycanda internetin verilməsində məhdudlaşdırmalar onlayn rejimdə çalışanların işini alt-üst edib. Onlayn satış səhifəsi "Tort online cake Baku”-dan Toplum Tv-yə fəaliyyətlərini dayandırdıqlarını deyirlər. Amma onlar bunu təkcə internetdəki problemə bağlamırlar. 

"Məhdudiyyətlərdən əlavə də, hazırkı müharibə şəraitində kim tort alar ki?” – satış səhifəsindən bildirirlər.

"Online Ayshen butik”- də də satışlar dayanıb: "Onsuz da satışlar son zamanlarda zəifləmişdi. İndi internet yoxdur deyə satış da yoxdur”.

 "Shop.az” onlayn satış saytından verilən məlumata görə, internetin verilməsində olan məhdudiyyətlər onların daxili kommunikasiyasına mənfi təsir göstərib: "Amma hələlik satışlarda ciddi azalmalar yoxdur”. 

İnternetin məhdudlaşdırılması ticarət sektorunun işinə deyil, başqa sahələrə, məsələn, kütləvi informasiya vasitələrinin fəaliyyətinə də mənfi təsirini göstərməkdədir. 

İnternet texnologiyaları üzrə mütəxəssis Vahid Qasımovun fikrincə, internetin verilişində belə məhdudiyyətlərin tətbiqi doğru deyil: "İnternetin məhdudlaşdırılması qərarı qismən doğru ola bilər. Ancaq onun reallaşdırılması üsulu çox yalnış və kobuddur. Hazırki şəraitdə internet üzərində filtrasiyanın tətbiq edilməsi daha düzgün olardı. Amma təəssüflər olsun ki, tətbiq edilən filtrasiya deyil, internetin ümumilikdə kəsilməsidir”.
 

 
O, internetin kəsilməsi nəticəsində onlayn xidmət göstərən müəssisələrə dəyən zərərin ödəniləcəyini güman etmir: "Zərərin ödənilməsindən ümumiyyətlə danışmağa dəyməz. Bu yeddi ay ərzində karantinlə əlaqədar ölkə iqtisadiyyatına, sahibkarlara o qədər ziyan dəydi. Mən inanmıram ki, onun bir faizi belə olsa dövlət tərəfindən qarşılanıb. Hal-hazırkı müharibə şəraitində də sahibkarlara dəyən ziyanı qarşılayacaqlarını heç sanmıram”. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova  "Toplum TV”yə deyib ki, onlayn xidmət göstərən qurumlara dəyəcək zərər nəzərə alınmayıb.
 

 
"Nazirlik heç nə hesablamayıb, dəyən zərərin ödənilməsi ilə bağlı heç bir qərarımız yoxdur. Hazırkı hərbi vəziyyətdə biz sadəcə Azərbaycanın qələbəsi, torpaqların erməni işğalından azad olunması naminə addımlar atırıq”.

Sentyabrın 27-də cəbhə xəttində vəziyyətin gərginləşəndən sonra ölkədə internetin verilməsi məhdudlaşdırılıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat verib.

Türkay Mirizadə
Sosial

Lənkəranlı istedad : 19 yaşlı  qrafik dizayner Fidan Abilova

Nuranə Atakişiyeva
17 May 2021

Toplum TV

19 yaşlı rəssam, qrafik dizayner Fidan Abilovanın Lənkəranda “Çərçivədən baxış” adlı sərgisi təşkil olunub. Sərgi iyun ayının ortalarına qədər davam edəcək”
Sosial

Peyvənd olunanların sayı açıqlandı

17 May 2021

Eurasia.net

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3694 vaksin vurulub. Operativ Qərargahdan mayın 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2471 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1798743, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1032054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 766689 təşkil edir.
Seçilmiş Videolar