Sosial

İqtisadçı ekspert: "Bu avtomobilləri kimlər alır? Təbii ki, büdcə oğruları"

4 May, 2021
62

British GQ

"Heç bir normal iş adamı avtomobilə 816 min manat pul verməz. Buna "mənasız xərc" kimi yanaşar, həmin vəsaiti yeni biznes layihəsinə yatırarlar. Təbii ki, hər yeni biznes layhəsi həm yeni iş yeri, həm də yeni büdcə gəlirləri deməkdir".

Bunu iqtisadçı ekspert Qadir İbrahimli özünün "Feysbuk" hesabında Azərbaycanda 816 min manata satışa çıxarılan avtomobil xəbərinə münasibət bildirərkən deyib. 

Qadir İbrahimlinin yazısını təqdim edirik: 

"1 milyona bahalı avtomobil alan məmurlar və 500 min köməksiz vəziyyətdə qalan yoxsullar ölkəsi

Azərbaycanda bahalı avtomobil bazarında qiymətlər  350 min manatdan başlayır (“Bentley Flying Spur” avtomobili“) və 816 min manata qədər yüksəlir ("Rolls-Royce Cullinan” avtomobili). Xəbəri "Trend" agentliyi yayıb.

Bəs bu avtomobilləri kimlər alır? Təbii ki, büdcə oğruları, çoxmilyonluq dövlət tenderlərinin yarısını qatlayıb cibinə qoyanlar. Heç bir normal iş adamı avtomobilə 816 min manat pul verməz. Buna "mənasız xərc" kimi yanaşar, həmin vəsaiti yeni biznes layihəsinə yatırarlar. Təbii ki, hər yeni biznes layhəsi həm yeni iş yeri, həm də yeni büdcə gəlirləri deməkdir.

Qadir İbrahimli 

Bakı kəndlərində bağ evlərinin tikintisi ilə məğul olan ustalar danışır ki, iş adamlarının bağları sadə olur, yalnız məmurlar özlərinə təmtəraqlı bağ evləri sifariş verirlər.

Türkiyə özəl uçuşlar təşkil edən aviaşirkətin meneceri bildirmişdi ki, müştəriləri əsasən ərəblər və azərbaycanlılardır. Bu uçuşların qiyməti 8 min avrodan başlayır. Təbii ki, büdcə oğrusu olan azərbaycanlılardan söhbət gedir. Çünki pulunu bizneslə qazanan iş adamı heç vaxt 300-500 avroluq yola 8 min avro ödəməz və buna heyfi gələr. Məsələn, "LUKoyl" şirkətinin prezidenti, rəsmən milyarder olan Vahid Ələkbərov özündən sonra şirkətin başına keçəcək yeganə oğlu Yusifi Sibirdə neft mədənlərində işləməyə göndərib ki, neftçi həyatının və neft sənayesinin bütün incəliklərini görsün və öyrənsin. Bizim neftxudalar isə oğlanlarına 2 milyon dollarlıq saat hədiyyə edirlər - o bahalı avtomobilləri alan da məhz bu zümrədir.

Əslində belə avtomobillər elə ərəb şeyxləri və büdcə oğularına hesablanaraq istehsal edilir. Çünki pulunu bizneslə qazanan avropalı milyoner heç vaxt 1 milyona avtomobil almaz.

Bu il yoxsulların dəstəklənməsinə yönəldilmiş ünvanlı sosial yardım xərcləri  cəmi 4,5 milyon manat artırılıb (rəsmi statistikaya görə, ölkədə 500 min yoxsul var). 4,5 milyon manat uzağı 10 məmur övladının avtomobilinin qiymətidir.   Ən böyük sosial ədalətsizlik də budur!"

Sosial

Lənkəranlı istedad : 19 yaşlı  qrafik dizayner Fidan Abilova

Nuranə Atakişiyeva
17 May 2021

Toplum TV

19 yaşlı rəssam, qrafik dizayner Fidan Abilovanın Lənkəranda “Çərçivədən baxış” adlı sərgisi təşkil olunub. Sərgi iyun ayının ortalarına qədər davam edəcək”
Sosial

Peyvənd olunanların sayı açıqlandı

17 May 2021

Eurasia.net

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3694 vaksin vurulub. Operativ Qərargahdan mayın 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2471 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1798743, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1032054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 766689 təşkil edir.
Seçilmiş Videolar