Sosial
İranda “COVİD-19”-a qarşı vaksini insanlar üzərində sınaqdan keçirəcəklər
26 Noyabr, 2020
Baxış: 127
İran şirkətləri koronavirusa qarşı vaksini tezliklə insanlar üzərində sınaqdan keçirməyə başlayacaqlar. Bu haqda "RİA Novosti” İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lariyə istinadən xəbər verir.

Noyabrın ortalarında İran KİV-ləri ölkə alimlərinin koronavirus əleyhinə vaksinin insanlar üzərində tədqiqinə keçdiklərini bildirirdilər, amma bir qədər sonra  səhiyyə naziri Səid Nəməki söylədi ki, proses hələ başlamayıb.

"Hazırda koronavirus əleyhinə vaksinin istehsalı ilə dörd şirkət məşğul olur, onlar Ümumdünya Səhiyyə Təşkilatını öz işlərinin mərhələləri barədə xəbərdar ediblər. Ehtimal ki, bir və ya iki şirkət yaxın vaxtlarda vaksinin insanlar üzərində sınağı mərhələsinə keçəcəklər” deyə, Sima Sadat Lari bildirib.

Səhiyyə nazirliyi qeyd edirdi ki, İran vaksinin alınması üçün üç istiqamətdə məşğul olur – vaksinləri beynəlxalq səviyyədə  əlçatan etməyə çalışan COVAX fondu vasitəsilə, xarici ölkələrlə əməkdaşlıq vasitəsilə və öz alimlərinin tədqiqatları vasitəsilə.

Sosial

Fransa şirkətləri Qarabağın bərpasında iştirak etmək istəyir

27 Yanvar 2021

Azernews

“Düşünürəm ki, Fransa şirkətlərinin Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə töhfə verməsi üçün heç bir maneə yoxdur”. Bunu yanvarın 27-də Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuan deyib. O bildirib ki, suyun təmizlənməsi, elektrik sahələri üzrə Fransanın tanınmış və çox təcrübəli şirkətləri var. Dövlət katibi qeyd edib ki, Azərbaycanda nazirlərlə görüşündə gələcək əməkdaşlıqla bağlı səmərəli müzakirələr aparılıb: “Mədəniyyət naziri ilə görüşümüzdə 30 illik diplomatik münasibətlərimizlə bağlı Bakıda sərginin təşkil olunmasını müzakirə etdik. Bu sərgidə müəyyən əsərlərin nümayişi, İpək Yolu İnstitutunda da Azərbaycanla bağlı sərginin keçirilməsi məsələsi müzakirə olundu”.
Sosial

Prezident  Şuşaya xüsusi nümayəndə təyin etdi

27 Yanvar 2021

MediaPost

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndənin təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə yanvarın 27-də Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncama görə, Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.
Seçilmiş Videolar