Sosial

İş adamı: Qanuni oğrulara müraciət edim?

Nuray Kamal
7 İyul, 2022
1340

Açıq mənbələrdən götürülüb

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirli uzun illərdir ki, səhmdar kimi hüquqlarının pozulmasından şikayətçidir. İyulun 7-də keçirdiyi mətbuat konfransında o hüquq-mühafizə orqanlarını korrupsiya və iqtisadi cinayətlərlə bağlı etdiyi çoxsaylı şikayət ərizələrinə reaksiya verməməkdə günahlandırıb.

Bəydəmirli səhmdarı olduğu “Avto-qarant” ASC rəhbərliyini sənəd saxtalaşdırılması, səhmdarların paylarının verilməməsi, vergidən yayınmaq kimi bir çox məsələlərdə günahlandırır:

“ASC-nin 61% səhmlərinə 2003-cü ildə sahib olmuş Ədalət Bağırovun törətdiyi qanun pozuntuları özünün yaratdığı cinayətkar qrup tərəfindən uzun illərdir ki, davam etdirilir. “Avto-qarant” ASC-nin idarəçiliyini faktiki olaraq əlinə alan bu şəxs mədaxillərin silinməsi, imza və möhürlərin saxtalaşdırılması, cəmiyyətin üzvlərinə hədə-qorxu gəlinməsi kimi müxtəlif yollara əl ataraq külli miqdarda gəlirləri mənimsəməklə məşğuldur”.

“Avto-qarant” ASC-nin rəhbərliyi deyilənləri təkzib edir. Ədalət Bağırov mediaya əvvəlki müsahibələrində deyib ki, Nazim Baydəmirli ictimai təzyiq vasitəsilə onun səhmlərini əlindən almaq istəyib.

Nazim Baydəmirli isə mətbuat konfransında qeyd edib ki, o, iddialarının sübutu kimi 30 iyun 2021-ci ildə keçirilən “Avto-qarant” ASC-nin səhmdarlarınının yığıncağında Ədalət Bağırovun mövcud qanunvericiliyin tələblərini digər şəxslərlə birgə hansı qaydada pozmasının videoçəkilişini də prokurorluq orqanlarına təqdim edib.

Mübahisədə kimin haqlı, kimin haqsız olduğunu istintaq orqanları müəyyən edə bilər. Di gəl ki, Nazim Bəydəmirlinin sözlərinə görə, onlar bu şikayətlərə reaksiya vermirlər.

O, Baş prokuror Kamran Əliyevin “qanun pozuntusuna yol verən cinayətkar dəstəni himayə etdiyini” deyir:

“Videoda görünən digər şəxslərin də yol verdikləri qanun pozuntularını 7 iyun 2022-ci il tarixdə Şəmkir rayon prokurorluğunda vətəndaş qəbulu keçirən Baş Prokuror cənab Kamran Əliyevə şəxsən təqdim etmişəm. Ortada açıq-aşkar hüquqverici sənədləri saxtalaşdıraraq, Müşahidə Şurasının, İdarə Heyətinin, Təftiş Komissiyasının üzvlərini kağız üzərində “seçib, təyin edən”, həm də səhmdar cəmiyyətin küllü miqdarda gəlirlərinin mənimsənilməsində iştirak edənlərin cinayət əməlləri olduğu halda Xətai rayon prokurorluğu “mülki işdir” deyərək əslində cinayətkar dəstəni himayə edib. İndi də bu işi Baş Prokurorluq həyata keçirməklə məşğuldur”.

Keçmiş deputatın söylədiyinə görə, Baş Prokurorluqda keçirdiyi bir görüşdə ona şikayətlərinin araşdırılacağının vəd edilsə d, bundan sonra heç bir hərəkət görməyib.

Nazim Bəydəmirli sual edir ki, səsi dövlət institutlarında eşidilməyəndə vətəndaş hara üz tutmalıdır.

“İndiyə qədər şikayətlərimizin araşdırılmamasından belə anlaşılır ki, mən hüquq-mühafizə orqanlarında rüşvət vermədiyimə görə qanuni şikayətlərim ört-basdır ediləcək. Hüququmu qorumaq üçün ölkəmizdə və xaricdə olan kriminal dairələr vasitəsilə“qanuni oğrulara” müraciət etməliyəm?”

Baş prokurorluqdan sözügedən şikayətlə bağlı cavab almaq mümkün olmayıb. “Avto-qarant” ASC ilə bağlı araşdırmanın başlanması barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo