FOTO: ordu.az
"Azərbaycanın su ehtiyatları orta hesabla 30.0 km3-dir. Bunun 3/2 hissəsi, yəni
20.0 km3 tranzit axımın payına düşür, 10.0 km3-i isə sərhədlərimiz daxilində
formalaşır”.
Bunu yanvarın 15-də Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya üzrə
elmlər doktoru Məhəmməd Abduyev deyib. O bildirib ki, işğaldan azad olunan
ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su
ehtiyatları təxminən 780 mln.kub metr olaraq hesablanır. Bu isə yerli su
ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir: "Qarabağ çatlı vulkanik
süxurların geniş yayıldığı ərazi olduğuna görə yeraltı sularla daha zəngindir və
onlar nisbətən dağətəyi ərazilərdə səthə çıxaraq bulaq şəklində çayları
qidalandırır. Hidrokimyəvi xüsusiyyətləri - kalsium hidrokarbonatlılığına görə
onların ümumi codluğu nisbətən aşağıdır və bu çayların suları Azərbaycanda
demək olar ki, ən keyfiyyətli sular hesab olunur. Həm də xüsusilə yuxarı
hissələrində meyllilik və sululuq çox, axın sürəti böyük olduğundan bu çaylar
hidroenerji ehtiyatları ilə də zəngindir. Onların Azərbaycanın digər
sahələrindəki suvarma sistemlərinə daxil olması, eyni zamanda, ərazidəki
Sərsəng, Suqovuşan, Ağdamkənd, Xaçınçay və sairə su anbarları ekoloji bərpa
prosesinin sürətlənməsinə təkan verəcək”.
Alim qeyd edib ki, işğal zamanı bu çayların qarşısı ermənilər tərəfindən
kəsildiyinə görə, Qarabağın dağətəyi ərazilərində qazılmış çoxlu artezian
quyularının suyundan istifadə olunub: "Bu sular çox təmiz, yeraltı sular
olduğuna görə onlardan içməli su kimi məişətdə istifadə olunması daha
məqsədəuyğundur. Çay suları isə minerallar, üzvü birləşmələr baxımından zəngin
olduğundan əkin sahələrinın suvarılması üçün daha münasibdir".
İşğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının iqtisadiyyatımızın
irəliləyişində dönüş yaradacağına əminlik bildirən coğrafiyaçı mütəxəssis
suvarılan torpaqların artırılmasına, suya olan tələbatın ödənilməsinə, digər su
ehtiyyatlarının paylanmasına və idarə olunmasına yetərincə müsbət təsir
göstərəcəyini diqqətə çatdırıb ("Trend").
Toplum TV
Açıq mənbələrdən
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”