Sosial
İşğaldan azad olunan ərazilərdə regional ədliyyə idarəsi yaradılıb
23 Noyabr, 2020
Baxış: 137
İşğaldan azad olunan ərzilərdə Ədliyyə Nazirliyinin regional ədliyyə idarəsi yaradılıb. 

Bu barədə ədliyyə naziri Fikrət Məmmədov məlumat verib. 

O bildirib ki, idarə işğaldan azad olunan ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanların fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi üçün qurulub: "İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair prezidentin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən qarşıda duran vəzifələrin mütəşəkkil və operativ icrasının təmin olunması məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən ibarət Qərargah yaradılıb".

Fikrət Məmmədov deyib  ki, Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, işğalçılığa və separatçılığa dəstək xarakteri daşıyan iqtisadi və digər qeyri-qanuni fəaliyyəti ilə bağlı milli və beynəlxalq qanunvericiliyin təhlili, işğaldan azad olunmuş ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanların fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi, habelə ədliyyə orqanlarının qarşısında duran digər vəzifələr müəyyən edilib və onların mütəşəkkil icrası məqsədilə yeni Qarabağ regional ədliyyə idarəsi təsis olunub.
Sosial

20 Yanvar faciəsindən 31 il ötür-FOTOREPORTAJ

Fərqanə Novruzova
20 Yanvar, 2021
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakıya girib. Rəsmi məlumata görə, Kommunist Partiyasının Birinci katibi Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.  SSRİ DTK-nın "Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partladıb, respublikada televiziya verilişləri dayandırılıb. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olub. Hadisələr nəticəsində paytaxt da daxil olmaqla respublikanın digər rayonlarında 147 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin...
Sosial

Koronavirus statistikası: Azərbaycan

20 Yanvar, 2021
Azərbaycanda son sutkada koronavirusa 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumatına görə, son sutkada 12 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib. Hazırda 7 367 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, bu günə qədər isə ümumilikdə 2 336 498 test icra olunub.
Seçilmiş Videolar
Menu